Şifrəyə düşmüş Windows XP necə açılır 1

Hamınızı xoş gördük. Bu gün mən çox maraqlı bir mövzünü sizinlə paylaşacam. Bu mətn ümumiyyətlə heç bir satda azərbaycan dilində nəşr edilməmişdir və orijinal mətni rus dilində olmuşdur.

Mən uzun zamandır ki Windows əməliyyat sistemləri arasında XP-ni işlətmişəm. Bunun üçün bir çox səbəblər olub. Amma gözlənilməz anlarda komputeri söndürüb yandıranda XP şifrəyə düşürdü. Bu “təyin edilməmiş” şifrəni isə heç bir formada açmaq müvəssəl olmurdu. Demali geriyə yenidən format (sistemin silinib yenidən yazılması) qalırdı.

Bəs C diskində qalmış fayllarım? Desktopda yaddaşa verdiyim bütün sənədlər?

Aşağıda göstərəcəyim bütün məlumatları düzgün edildikdə siz şifrəyə düşmüş XP əməliyyat sisyeminiz 15 dəqiqə ərzində aça bilərsiniz.

1. İlk öncə mövzuya əlavə edilmiş faylı yükləyin və Zip arxivindən cd070927.iso adlı faylı çıxardıb onu sonra boş bir CD (!!DVD və ya Blue-Ray olmaz!!) diskə yazın. Bunun üçün sizə hər hansı bir CD yazan proqram lazım olacaq. Məs: Nero, CD burner, Ashampoo və s.

2. Uğurla yazılmış CD diski açılmayan (şifrə tələb edən) komputerə taxın və sondurub yenidən yandirin. Əmin olun ki, yandırıb söndürüldüyü zaman komputer ilk öncə CD-ni oxuyacaqdır.

3. Əgər yüxarıdakı hər iki bənd düzgün edilsə siz bela bir yazılar görəcəksiniz:

delpas1[1]

 

4. Sonra bu qara ekranda ENTER düyməsini basmalısınız. Disk firlanarkən ekrana belə yazı olacaqdır:

delpas2[1]

 

5. Yenidən Enter düyməsini basırıq. Və ekrana önəmli bir mesaj çıxacaq:

delpas3[1]

 

6. Sonra biz Reestrə gedən yolu tapmalıyıq. Bu zaman disk bizə özü köməklik edəcək və bizə ancaq ENTER düyməsini basmaq düşəcək:

delpas4[1]

7. Nə etmək istədiyimizi seçirik – bizi maraqlandıran punkt 1 – Password reset [sam system security] , və görürük ki disk bizim üçün avtomatik olaraq bunu özü etmişdir və bizə yenə Enter düyməsini basmaq düşür:

delpas5[1]

 

8. Sonra Disk bizə istifadəçi listini göstərəcəkdir. Burada gördüyünüz Admin və ya Administrator istifadəçi adları önündə dis/Lock olacaq. Şifrə olmadıqda isə *BLANK* olacaqdır. Biz yenədə bizə qalan işi görüb Enter düyməsinə basırıq

delpas6[1]

 

9. Sonra Disk sizdən şifrədə olan admin profili ilə ne etmək istədiyiniz barəsində soruşacaq. Siz qorxmadan 1 düyməsinə – 1 – Clear (blank) user password, və sonra Enter düyməsinə basırsınız:

delpas7[1]

 

10. Və bu anda sizin monitorda Disk sizə xəbər verir ki, şifrə silinmişdir. Normal çıxış üçün !(nida işarəsini) basmanız rıca olunur (adətən Shift+1):

delpas8[1]

 

11. Şifrə təmizləndikdən sonra Disk bizdən normal çıxış tələb edəcəkdir və biz ilk öncə q düyməsini sonra isə Enter düyməsinə basırıq:

delpas9[1]

 

12. Disk bizdən əməliyyatı yaddaşa verməyinizi xahiş edəcək. Bu anda biz Y düyməsinə basıb sonra Enter düyməsini sıxırıq:

delpas10[1]

 

13. Və sonda sizdən Disk başqa bir əməliyyat aparacağınız barəsində soruşacaq və bu an siz N düyməsinə vuraraq sonra Enter düyməsinə basıb Disklə sağollaşacaqsınız:

delpas11[1]

 

14. Sonra klaviaturada Ctrl+Alt+Del düymələrini basaraq ümumi Restart veririk və diski çıxartmağı unutmuruq.

Və buda son!

 

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması