Windows reestri haqqında nələri bilmək vacibdir? 1

windows reyestri haqqinda neleri bilmek vacibdirMəlumdur ki,windows reestri məlumatların saxlandığı baza kimi qəbul olunur.Əvvəlki dərsimizdə isə biz müəyyən etdik ki, windows reestri fayl şəklində kompüterdə saxlanılır.

Windows reyestri haqqında bir çox məqamlar  vardır ki,onu bilməklə istər reestrin işinə,istərsə də kompüterin fəaliyyətinə daha şüurlu yanaşmağa bizə kömək edə bilər.Bunlar aşağıdakılardır.

  1. Bildiyimiz kimi böyük əksəriyyət proqramların kompüterə quraşdırılması zamanı owindows reyestri haqqinda neleri bilmek vacibdirlazımlı məlumatları Windowsun  sistem reyestrinə özü əlavə edir.Bu o deməkdir ki,bu proqram digər kompüterdə işləməyəcək.Yəni adi üsulla yüklədiyimiz proqramın fayllarının surətini çıxarıb digər kompüterə yerləşdirsək onda həmin proqram açılmayacaq.Həmçinin əməliyyat sisteminin kompüterə yenidən quraşdırılması zamanı da işləməyəcək.Bu o halda baş verə bilər ki,əgər siz proqramı kompüterin D: diskinə yazmısınız.
  2. Məlumdur ki, əməliyyat sisteminin bütün tənzimləmələrinin heç də hamısı reestrdə yerləşmir.Bu isə o deməkdir ki,əməliyyat sisteminin tənzimləmələrinin surətini digər kompüterə köçürmək istəsək alınmayacaq.Buna səbəb reestrdəki məlumatların surətinin digər kompüterə köçürülməməsidir.
  3. Digər bir məqam isə reestrin həcminin kompüterin fəaliyyəti zamanı artmasıdır ki,bu da tədricən ona qulluq göstərilməsi üçün nəzərdə tutulan proqramlardan istifadə olunması zərurəti yaradır.
  4. Artıq deyildiyi kimi , windows reestri fayl şəklində kompüterdə saxlanılır.3-cü  bölmədə dediklərimizdən aydın olur ki,tədricən bu faylın həcmi böyüməyə başlayır.İstər windows reestri faylı,istərsə də digər fayllar fraqmentasiyaya məruz qalır.Bu isə o deməkdir ki,reestrdəki məlumatlara müraciət surəti tədricən azalır.Nəticədə Windows əməliyyat sisteminin işində gecikmələrə səbəb olur.

Müəllif:Şaiq Qədirov
www.gadirov.com

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması