Siçanın sağ düyməsi menusuna proqram əlavə etmək 0

Bu günkü məqaləmizdə sizlərə kontekst menyuya hər hansı bir proqramın necə əlavə edilməsini göstərəcəyik. Kontekst menyu siçanın sağ düyməsini klik edərkən açılan meyuya deyilir. Güman edirəm ki bu məqalə birçoxlarınıza lazım olacaqdır, çünki ən azından tez-tez istifadə etdiyiniz proqramlar bir siyahıda və bir klik qədər uzaq olacaqdır.

Məsələn, deyək ki siz bloknot proqramını açmaq istəyirsiniz. Mən məsələn bloknotu açmaq üçün siçanın sağ düyməsini sıxıram oradan «Создать»  punktunu seçib sonra isə «Текстовый документ» bəndini sıxıram. Ekranda fayl yarandıqdan sonra üstünə iki dəfə klik edib bloknotu açıram. lakin aşağıdakı prosesi bildikdən sonra mən bunu bir klikə edirəm 🙂

Kontekst Menyusuna proqram Əlavə Edilmə addımları

Siçanın sağ düyməsini sıxdığımız an açılan menyunu redaktə etmək üçün bizə reyestrda dəyişiklik etməyimiz lazımdır. Bunun üçündə klaviaturada  Windows + R düymələrini sıxırıq və açılmış balaca pəncərədə regedit yazıb «Ок» düyməsini sıxırıq.

regedit

desktop-context-menu-registry[1]

Reyestr pəncərəsində bu ardıcıllığı açın:  HKEY_CLASSES_ROOT\Directory\Background\shell

add-new-key-registry[1]

Shell qovluğunun üzərində siçanın sağ düyməsini klik edirik və ilk öncə «Создать» sonra isə «Раздел» bəndini seçirik və özümüzdən bir ad qoyuruq. Mənim misalımda adını «notepad» yazdım.

edit-menu-item-name[1]

Sonra reyestrin sağ tərəfdəki tənzimləmə faylının üzərinə iki dəfə klik edin və açılmış pəncərədəki «Значение» sahəsinə proqramın adını yazırıq. Bu ad siçanın sağ düyməsini klik edtdikdə qarşımıza çıxacaq söz olacaqdır.

Növbəti addımda yaratmış olduğumuz notepad qovluğunun üzərində siçanın sağ düyməsinə klik edək və yenədə «Создать» və sonra  «Раздел» bəndlərini seçərək «command» (balaca hərflərlə) qovluğunu yaradaq.

add-command-context-menu[1]

Və ən sonda isə eyni ilə reyestrin sağ tərəfindəki tənzimləmə faylını açırıq və bu zaman «Значение» sahəsində proqrama qədər olan ünvanı daxil edirik. Başda və axırda “dırnaqları” unutmuruq.

Vəssalam! İndi siz komputerin iş stolunda siçanın sağ düyməsinə klik etdikdə, açılmış kontekst menyusunda öz sevimli proqramlarınızı bir klikdə aça bilərsiniz. (Bəzən də elə olur ki, komputeri yenidən çalışdırmaq lazım gəlir.)

edited-windows-desktop-menu[1]

Bunun misalında siz kontekst menyusuna istədiyiniz qədər proqram əlavə edə bilərsiniz. Bu əməliyyat Windows 7, 8 və Windows 8.1 əməliyyat sistemlərində etmək mümkündür.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması