Google Chrome brouzerin Linux Mint 17 sisteminə quraşdırılması 0

Windows əməliyyat sistemindən Linux sisteminə keçən istifadəçilər iternetə çıxış üçün Mozilla Firefox brouzerindən istifadə etmək məcburiyyətindədir. Bu çox gümanki Linux distributivləri bə Mozilla şirkəti ilə bağlanmış müqavilə əsasında həyata keçirilir. Bəs necə edək ki, öyrəşdiyimiz Google Chrome brouzerini Linux sistemində quraşdıraq və sevimli brouzerimizlə yenidən istifadə edək? Aşağıdakı məqalə Linux distributivi olan Linux Mint 17 üzərində test edilmişdir.

Quraşdırılma çox sadədir:

1. Linuxun terminal pəncərəsini açırıq. Bunu etmək üçün Ctrl+Alt+T düymələrini sıxırıq.

2. Aşağıdakı komandaları düzgün daxil edin və Enter düyməsini sıxın:

32-bitlik Sistemdə Chrome brouzerin yüklənməsi:

wget https://dl.google.com/linux/direct/google-chrome-stable_current_i386.deb

Enteri sıxdıqdan sonra proqram yüklənməyə başlayacaqdır:

Google Chrome brouzerini komputerə quraşdırmaq üçün aşağıdakı əmri terminala daxil edin:

sudo gdebi google-chrome-stable_current_i386.deb

 

64-bitlik Chrome yükləmək üçün prosesi yüxarıdakı kimi edin, lakin yuxarıdakı komandalar əvəzinə aşağıdakıları daxil edin:

wget https://dl.google.com/linux/direct/google-chrome-stable_current_amd64.deb

sudo gdebi google-chrome-stable_current_amd64.deb

Və sonda Menu (Pusk, Start düymələrini əvəzinə Linux Mint 17-də istifadə olunur) daxil olun və axtarış yerində chrome yazın!

Köhnə dostunuzu qarşılayın!

LinuxMint-14-TV-8-Start[1]

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması