Recovery Console-un quraşdırılması 2

Windows ƏS hər hansı səbəbdən açılmadıqda Recovery Console-nin köməyi ilə bərpa etmək olar. Sadəcə aşağıdakı təlimatları bir-bir edərək Windows XP sistemi ilə işlətdiiniz komputerinizə yenidən qovuşa bilərsiniz. Recovery Console istifadə etmək üçün siz administrator hüquqlarına malik olmalısınız.

Bundan başqada siz Recovery Console-u bir başa Windows XP CD-nin Live Versiyasındanda işə sala biərsiniz. Bu üsul daha asandır lakin bunun üçün sizin cmd əmr biliklərizni lazım gələcəkdir.

Recovery Console-nin quraşdırılması üçün:

  1. Windows XP sistemin CD-sini komputerinizə daxil edin.
  2. Start düyməsinə klik edin və sonra isə Run menusunu seçin.
  3. Açılmış pəncərədə daxil edin d:\i386\winnt32.exe /cmdcons d burada CD drive-ın sistem tərəfindən verilən hərf. Microsoft Windows XP Professional x64 Edition üçün isə d:\amd64\winnt32.exe /cmdcons daxil edin. Unutmayın ki bizdə d  CD drive-ın hərfi idi. Sizdə bu fərqli ola bilər.
  4. Windows Setup pəncərəsi açılacaqdır. Quraşdırılma prosesini təsdiq etmək üçünYes düyməsinə klk edirik.

    The screen shot for this step

  5. Komputerinizi yenidən başladın. Və artıq hər dəfə əməliyyat sistemi yükənəndə iki seçim görəcəksiniz ki, birincisi Əməliyyat sisteminin özü ikinci isə Recovery Console olacaqdır.

    The screen shot for this step

Əgər mövzu ilə bağlı sual və ya təklifiniz olsa, o zaman aşağıdakı şərh formasından istifadə edərək bizimlə bölüşə bilərsiniz.

Məqalə Microsoft Corporation şirkətinin rəsmi saytından götürülüb tərcümə edilmişdir. (KB-307654)

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması