Linux Mint 17 Əməliyyat Sisteminin quraşdırılması 1

Linux Mint 17 kod adı Qiana mövcüd olan ən populyar Linux distributividir.  Onun ən önəmli özəlliyi yeni istifadəçilər üçün asand olmasıdır. Əgər siz həmişə Windows istifadə etmişsinizsə və Linux Mint-in komputerə quraşdırılması sizə çətin gəlirsə aşağıdakı məqaləmizdə bu prosesin daha əyləncəli olacağını görəcəksiniz.

Linux OS – Linux Mint 17 siz həm yeni komputerə həmdə artıq Windows 7, 8, 8.1 quraşdırılmış komputerə quraşdıra bilırsiniz.

Sistem tələbləri:

  • Prosessor x86 arxitekturalı.
  • 512 MB Əməli Yaddaş (komfort istifadə üçün 1Gb ram daha məsləhət görülür).
  • 5 QB diskdə yaddaş (20 QB məsləhət görülür).
  • 800 × 600 həcmli video kart (1024 × 768 – məsləhət görülür).
  • CD/DVD drive və ya USB

Sistemi Linux Mint rəsmi səhifəsindən iso formatında yükləyin və boş bir DVD-yə yazın.

Sistemin Quraşdırılması

DVD-ni komputerə daxil edin və komputeri yenidən başladın. Əgər komputeriniz diski oxumursa, o zaman BİOS daxil olun və  Advanced BIOS Features menyusuna daxil olun:

Advanced BIOS Features menyusunda First Boot Device bəndinin önündə CDROM olmasına fikir verin:

Onuda demək istərdim ki, BİOS görünüşü və ayarlar sıyahısı hər komputerdə müxtəlif ola bilər.
BIOS-da bütün dəyişikləri F10 (Save and Exit Setup — сохранить и выйти) düyməsinə sıxıb yaddaşa verib çıxırıq.

Yuxarıdakı bütün əməiyyatları düzgün etdikdə, 10 saniyədən sonra Linux Mint 17 aşağıdakı kimi yüklənəcəkdir:

Ekran tam açıldıqdan sonra qırmızı dairənin içərisində göstərilən ikonkaya iki dəfə klik edin.

Avtomatik olaraq  Welcome pəncərəsi açılacaqdır. Bu quraşdırılmanın ilk addımıdır:

İlkin olaraq dil seçin və Продолжить düyməsinə klik edin.

Подготовка к установке Linux Mint pəncərəsində hər iki punktun qabağında təsdig işarəsi olmalıdır:

Тип установки pəncərəsində sizə Linux Mint-in 3 növ quraşdırılması təqdim olunmuşdur. Əgər siz ilk dəfədir ki quraşdırırsınızsa o zaman birinci bəndini seçin.  Bu zaman sizin HHD diskiniz iki hissəyə bölünəcək ki, bu da sizin digər əməliyyat sisteminiz olan  Windows tam vəziyytədə qalacaqdır:

 

Əgər birinci bəndini seçdinizsə, Установить Linux Mint рядом с ним pəncərəsində Linux Mint üçün ayıracağınız yeri siçanın kursoru ilə özünüz təyin edin və Установить сейчас düyməsini sıxın.

Sonra Где вы находитесь? pəncərəsində xəritədə yaşadığınız yeri işarələyin və Продолжить düyməsini sıxın:

Klaviatura hərflərin dil və standarta uyğun olaraq seçin və Продолжить düyməsinə klik edirik:

Кто вы? pəncərəsində hesab məlumatların doldurulması ilə bitirmək olar.  İlk üç sahələrdə eyni adı daxil etmək olar. Çalışın elə bir şifrə seçin ki, gələcəkdə bu şifrə sizin həm daxil etmək üçün rahat həmdə daşda qalması üçün asan olmalıdır. Gələcəktə şifrədən çox istifadə edəcəksiniz. Входить в систему автоматически seçib Продолжить düyməsini sıxıb instalyatoru aktivləşdirik:

Добро пожаловать в Linux Mint pəncərəsi açılacaqdır ki, bu da sistem fayllarının komputerinizə kopyalanmasını və quraşdırılmasını vizual olaraq görəcəksiniz:

Quraşdırılma bitdikdən sonra Установка завершена pəncərəsini görəcəksiniz. Перезагрузить düyməsinə klik edirik və komputeri yenidən çalışdırırıq:

Diski çıxartmağı unutmuruq. Komputer yenidən başlayarkən GRUB səhifəsini görəcəksiniz. Bu normaldır. Burada siz istədiyiniz əməliyyat sistemini seçin komputeriniz başlata bilərsiniz. Əməliyyat sistemini seçmək üçün klaviaturada yuxarı və aşağı düymələrindən istifadə edə bilərsiniz. Əgər heç bir əməliyyat aparmasanız, Linux 10 saniyə ərzində özü yüklənəcəkdir.

Vəssalam. Buda sizin Linux Mint 17 Əməliyyat Sisteminiz:

Sizə yeni əməliyyat sistemində uğurlar!

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması