Windows 8 və Windows 7 sistemlərin bərpa nöqtəsi 1

Windows 8 və Windows 7 sistemlərin bərpa nöqtəsi adlanan funksya çox lazımlı bir funksiyadır ki, sistemi bir öncəki vəziyyətinə geri qaytarır. Deyək ki, siz sistemi yenilədiniz, və yenilənmədən sonra sistem açılmır və ya proqramlar işə düşmür və bundan irəli gələn digər problemlər kimi. Bu zaman düşünürük ki, sistemimiz çöküb.

Bu məqalədə bərpa nöqtəsi adlanacaq prosesin yaradılması və onunla bağlı olan digər problemlərin müzakirəsini aparacayıq. Düşünürəm sistemlə tez-tez eksperimentlər aparan istifadəçilərimiz üçün çox faydalı olacaqdır.

Bərpa Nöqtəsinin yaradılması

Susmuş halda, Windows sistemi fon prosesi kimi sistemin bərpa nöqtəsini avtomatik olaraq tənzimləyərək yaradır. Lakin elə halarda olur ki, bu funksiya hansı-sa səbəblərdən sönmüş olur və istifadəçinin şəxsi seçiminə buraxılır.

windows-recovery-menu[1]

Bütün bu əməliyyatın aparılması üçün sizə Windows 8 və Windows 7 sistemləində Ayarlar panelinə (Панели управления) daxil olub oradan «Восстановление» bəndini seçib və sonra isə «Настройка восстановления системы» keçidini klikləməsiniz.

restore-points-settings[1]

Kiçik pəncərə açılacaqdır ki, pəncərinin «Защита системы» menusuna nəzər yetiririk. Burada sizə aşağıdakı əməliyyatlar təklif olunacaqdır:

  • Əvvəlki bərpa nöqtəsinə qədər olan sistemin bərpası (Восстановить систему до предыдущей точки восстановления).
  • Hər sərt disk üçün sistem təhlükəsizlik ayarlarının tənzimlənməsi. Bunun üçün disk mütləq NTFS fayl sistemli olmalıdır. ( Настроить параметры защиты системы (включить или отключить автоматическое создание точек восстановления) отдельно для каждого диска (диск должен иметь файловую систему NTFS).)
  • Bərpa Nöqtəsinin yaradılması (Создать точку восстановления системы).

Bərpa nöqtəsini yaradarkən sizə ona bir ad verməyinizi tələb edəcək. Adı yazıb müvafiq düyməni sıxırıq. Onuda qeyd edim ki, proses zamanı bütün aktiv disklər üzrə aparılacaq.

create-restore-point-windows[1]

Bərpa nöqtəsi yaradıldıqdan sonra, siz hər zaman həmən pəncərədən istifadə edərək yenidən bərpa edə bilərsiniz. Bunun üçün:

  1. «Восстановить» düyməsini sıxırıq.
  2. Açılmış pəncərədn adlandırdığımız bərpa nöqtəsinin üzərinə klik edib müvafiq düyməni sıxıb sistemin bərpasını gözləyirik.

recover-system-windows-8[1]

Gördüyünüz ki, bütün proses çox sadə və asandır.

Bərpa Nöqtəsi ilə bağlı problemlərin həlli

Əgər hər hansısa bir səbəbdən bərpa nöqtələri yaradılmır və ya öz-özündən itirsə, o zaman aşağıda təqdim etdiyimiz müddəaları oxumanızı məsləhət görərdim:

  1. Sistemin bərpa nöqtəsini yaratmaq üçün sistemin «Теневое копирование тома» adlı xidməti aktiv vəziyyətdə olmalıdır. Bunu yoxlamaq üçün Ayarlar panelinə (панель управления) daxil oluruq və sonra — администрирование — службы kimi keçib, siyahıdan adı çəkilən xidməti axtarırıq. Əgər xidmət hər hansısa səbəbdən aktiv deyilsə, onu aktivləşdirib və rejimi «Автоматически» kimi təyin edirik.
  2. Əgər bir komputerə iki əməliyyat sistemi quraşdırılbsa, o zaman sistemdə bərpa nqtəsi yaratmaq mümkün olmayacaqdır. Bu virtual sistemlərə aid deyildir.

Birdə, əgər bərpa nöqtəsini əl ilə yaratmaq mümkün deyilsə, o zaman aşağıdakı təlimatı oxuyub yoxlaya bilərsiniz:

  • Sistemi təhlükəsiz rejimində başladın. Və əmin olun ki, təhlükəsizlik rejimin без поддержки сети variantı seçilmiş olsun. Sonra əmrlər sətri pəncərəsini administrator adından işə salın (cmd). Açılmış pəncərədə net stop winmgmt əmrini daxil edib Enter düyməsini sıxın;
  • Sonra C diskinə daxil olub bu ünvan kimi C:\Windows\System32\wbem qovluğuna keçin və orada görəcəyiniz repository qovluğunu hər hansısa bir adla əvəz edin;
  • Sistemi normal halda işə salın;
  • Administrator adından əmrlər sətrini işə salın və pəncərədə ilk öncə net stop winmgmt əmrini daxil edib Enter-i, sonra isə winmgmt /resetRepository əmrini yazıb Enter düyməsini sıxırıq;
  • Əməliyyatları yuxarıda yazılanlar kimi etdikdən sonra bərpa nöqtəsini yenidən yaratmağa çalışın.

P.S. Əziz CompBoard oxucuları sizlərə əziz dostumuz Nahid Nəsirovun sosial şəbəkədə yaratmış olduğu ‪#‎BilikPaylashdiqcaArtar‬ mövzusunu gəlin birlikdə dəstəkləyək və bildiklərimizi bu hashtag altında paylaşaq. Çünki həqiqtən də bilik paylaşdıqca artan sərvətdir!

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması