Windows 8-dən 8.1-ə kimi yenilənməni necə söndürmək olar? 1

Əgər siz Windows 8 sistemi quraşdırılmış komputer əldə etsəniz və ya mövcud sisteminizi Windows 8-ə yeniləsəniz çox gümanki bir müddətdən sonra Windows E-dükandan sizə sisteminizi Windows 8.1 -ə qədər pulsuz yeniləmənizi xahiş edəcək. Bəs necə edək komputerdə bu yenilənmə həyata keçməsin (bəzən bu növ yenilənmələr sistemin donmasına, proqram təminatın xəta ilə bitməsinə və ümumiyyətlə sistemin başlamamsına gətirib çıxarda bilər)?

Lokal qrup siyasətindən istifadə edərək Windows 8.1 yenilənməsinin dayandırılması

get-windows-8-1-notification[1]

Birinci və fikrimcə ən asan üsul və bütün Windows versiyalarında gecərli olan lokal qrup siyasətin redaktəsi ilə həyata keçirməkdir. Onuda deyim ki, hər versiyalarda lokal qrup siyasəti funksiyasının olmasına baxmayaraq onun redaktorunun aktiv olub olmaması sual altındadır. Əgər sizdə Windows 8-də o zaman siz rahatlıqla redaktor pəncərəsini aça bilərsiniz.

  1. Lokal qrup siyasəti redaktoru pəncərəsini açmaq üçün ilk öncə Win+R düymələrini sıxırıq, açılmış pəncərədə gpedit.msc əmrini daxil edib Enter düyməsini sıxırıq. run-gpedit-msc[1]
  2. Buaradan Конфигурация компьютера bəndini seçib — Административные шаблоныКомпонентыМагазин kimi seçim edirik. gpedit-windows-store[1]
  3. «Выключить предложение обновления до последней версии Windows» yazısının üzərinə iki dəfə klik edirik və açılmış pəncərədə üç seçim düymələrindən «Включено» olanı işarələyin. get-windows-8-1-off[1]

«Применить» düyməsini sıxdıqdan sonra sizi daha Windows 8.1-ə yenilənmənizi çağıran informasiya çıxmayacaqdır və Windows Dükanına keçməyəcəqdir.

Reyestrin köməyi ilə Windows 8.1-yə yenilənməni söndürmək

İkinci üsül demək olar ki yuxarıda yazılanların təkrarı olaraq həyata keçiri. Lakin yuxarıdakından fərqli olaraq, bu üsulda reyestrin köməyindən istifadə ediləcəkdir. Reyestr redaktorunu açmaq üçün ilk üçün Win+R düymələrini sıxırıq və açılmış pəncərədə  regedit əmrini daxil edirik.

Reyestr redaktorunda aşağıdaki kimi keçin:

HKEY_LOCAL_MACHINE\SOFTWARE\Policies\Microsoft\

və orda WindowsStore adlı yarımbölmə (qovluq) yaradın

disable-os-upgrade-registry[1]

Qovluq yarandıqdan sonra onu seçin; sağ tərəfdə ağ sahədə siçanın sağ düyməsinə klik edərək DisableOSUpgrade adlı DWORD parametrini yaradın və 1 mənasını təyin edin

Vəssalam daha Windows 8 sistemi sizi Windows 8.1-a qədər yenilənmənizə çağıran heç bir məlumat çıxmayacaqdır.

win8P.S. CompBoard sizlərə Windows əməliyyat sisteminin yalnız orijinal nüsxənisin quraşdırılmasını tövsiyə edir. Orijinal nüsxələrdən istifadə edərək, siz əlbətdə ki yuxarıda təqdim olunan məqalədən heç vaxt istifadə etməyəcəksiniz.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması