Windows XP-də lokal diski necə gizlətmək olar? 0

Bu gün sizlərlə maraqlı bir məqalə paylaşmaq istərdim. Məqalə əsasən bir neçə lokal diskləri olan komputer istifadəçisi üçün faydalı olacaqdır. Məsələn, məndə 3 lokal disk mövcuddur: Lokal Disk (C) – burada sistem fayllar və quraşdırılmış proqramlar yerləşir, Lokal Disk (D) – bu diskdə şirkətin faylları və bulud texnologiyasında sinxronlaşan fayllar yerləşir və Lokal Disk (E) – burada isə mənim şəxsi fayllarım yerləşir.

Aşağıda təsvir edəcəyim proqramın köməyi ilə mən rahat Lokal Disk (E) gizlədə bilərəm. İlk öncə isə proqramı aşağıdakı linkdən yükləyək:

XP Tweaker

Proqramın komputerə quraşdırılması çox asandır və aşağıdakı skrinşotlarda təqdim olunur:

1 2 3 4 5 6 7 8

Proqram Windows XP üçün nəzərdə tutulmuşdur və Windows 7-də normal işə salmaq üçün:

1. Proqramın quraşdırıldığı Start menusundan qovluğunu açırıq və proqramın üzərində siçanın sağ düyməsini klik edirik:

11

2. Proqramın keçidinin xassələrini aşağıdakı kimi dəyişirik:

12

İstifadə edilməsi

Proqramı quraşdırdıqdan sonra açırıq. İlkin görünüşü aşağıdakı kimi olmalıdır.

1[1]

Lokal Diski gizlətmək üçün sağ tərəfdəki menudan «Защита» bəndini seçirik və sol tərəfdə «Проводник» pəncərəsini seçirik. Burada Lokal Disklərlə bağlı iki əməliyyat aparmaq mümkündür.

Birinci əməliyyat Lokal diskə girişin məhdudlaşdırılması, ikincisi isə Lokal Diskin gizlədilməsidir.

Mənə məxsus olan Lokal Disk (E) -ni gizlətmək üçün həmə diski işarələyirik. Burada «Диск E:» kimi işarələnmişdir və mən «Применить» düyməsinə sıxırıq.

2[1]

Əgər fikir verdinizsə «Применить» düyməsinin yanında «Требуется перезагрузка» yazısı vardır. Əmliyyatın yaddaşa verilməsi üçün komputerin yandırılıb söndürülməsi lazım olacaqdır.

3[1]

Mой компьютер qovluğuna daxil oluram və orada Lokal Disk (E:) olmadığını gördüm. Əslində isə orada yerləşən bütün fayllar yerindədir və onlara heçnə olmayıbdır. Sadəcə…. 🙂

4[1]

Lokal Diskinizi normal vəziyyətə qaytarmaq üçün əməliyyatları təkrarlayırıq və lazım olunan yerdə Diskin önündəki işarəni götürürük və yaddaşa verib komputeri Restart (söndürüb yenidən işə salmaq) edirik.

Bütün suallarınızı aşağıdakı şərh formasından istifadə edərək soruşa bilərsiniz.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması