Fləş yaddaşına necə şifrə təyin etmək olar? – Ən asan üsül! 2

Əziz oxucular! Bir müddət əvvəl məndən uzun məsafə üçün məxvi fləş qurğusunun hazırlanması xahiş edildi. Mən əlbətdə ki təklif etdim faylları bulud texnologiyası ilə göndərməyi amma alacaq şəxsin bu texnologiyadan anlayışı olmadığından məsələni qəlizləşdirmədim.

Sən demə Windows əməliyyat sisteminin özündə BitLocker adlı funksiya mövcuddur və həmən funksiyanalın əsas vəzifəsi yaddaş daşıyıcıların şifrələməsidir.

Aşağıdakı əməliyyatları ardıcıl etsəniz sizdə mənim kimi öz fləş qurğunuzu şifrələyə bilrsiniz!

İlk öncə fləş qurğumuzu komuterin USB portuna daxil edirik. Mənim Komputerim qovluğunda fləş yaddaş qurğunuzun adını tapırsınız və üzərinə siçanın sağ düyməsi ilə klik edirsiniz. Kontekst menusundan Включить BitLocker seçirik.

01[1]

Использовать пароль seçiminin önünə işarə qoyuruq və şifrəni iki dəfə daxil edirik. Şifrəni təyin etdikdən sonra Далее düyməsinə sıxırıq.

02[3]

Növbəti mərhəldə bizdən Cохранить в файл Ключ восстановления (Bərpa açarının fayl kimi yaddaşa vermək) tələb olunacaq. Bu bizə ona görə lazımdır ki, əgər hər hansısa bir səbəbdən şifrəni unutsaq, onun bərpası mümkün olsun. Biz ikincini Сохранить в файл seçməyinizi məsləhət görürəm.

03[3]

Sonra açar faylın komputerdə yaddaşa vermək üçün yer seçirik. Məsləhtlisi olardı ki, faylı güvənli yerdə saxlayasınız.

04[3]

Açar faylı yaddaşa verildikdən sonra , siz yenidən həmən səhifəyə qayıdacaqsınız. Bu zaman sizin açar faylınızın uğurla yaddaşa verildiyi haqqında məlumat göstəriləcəkdir. Davam etmək üçün Далее düyməsini sıxırıq.

05[3]

Növbəti mərhələdə iki seçim arasında etməniz soruşulacaq: 1-cisi fləşdən mövcud yaddaşın şifrələnməsi və ya bütün fləşin şifrələnməsi. Mən birincisini seçdim.

06[1]

İndi isə şifrələmə prosesini işə sala bilrik. Bunun üçün isə Начать шифрование düyməsini sıxmaq lazımdır..

07[3]

Flləşin yaddaş həcmindən asılı olaraq şifrələnmə prosesi uzun çəkə bilər. Məsələn mənim16 qiqabaytlıq fləşim 30 dəqiqəyə şifrəlndi.

08[1]

09[1]

Nəhayət fləşimiz hazırdı! İnanılmaz bir prosesdir. Artıq fləşi bir məktubun içərisinə yerləşdirib DHL poçtuna təhvil verdim. 🙂

10[1]

Sualınız olsa buyurun!

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

2 şərh

  1. Gangi

    ALLAH köməyiniz olsun. Bu flaşkanı soxmadığım yer qoymadım. Axır ki, çarə tapılmağında yardımçı oldunuz. Təşəkkürlər

    1. Buyurun Gangi. Saytımızın əsas məqsədi istifadəçilərə yardımçı olmaqdır. Bu işdə isə sizin əməyiniz daha yüksəkdir.

Şərh forması