Windows-da rəngli qovluqlar istərdinizmi? 1

folderSusmuş halda Windows əməliyyat sistemində bütün qovluqlar bir rəngdədir və onların rənglərini dəyişmək üçün standart funksiya yoxdur. Bəs sistemimizdə qovluqlarımıza necə rəng verək?  Standart sarı rəngli qovluqlar bəzən bezdirici belə ola bilər :).

Bu kiçik məqaləmizdə sizə öz sisteminizə rəng qatmağınızı öyrədəcəm. Bunu etmək üçün ilk öncə Folderico proqramını sisteminizə uyğun olaraq yükləyin. (Windows 7 və ya Windows XP)

➲  Folderico Windows 7 üçün /

➲  Folderico Windows XP üçün

Komputerə çox asanlıqla quraşdırıldığına görə bununla bağlı ətraflı yazmaq lazım gəlməyəcəkdir. Proqramı yükləyirsiz, arxivdən çıxardırsız və axıra kimi Далее düyməsinə klik edirik.

Quraşdırdıqdan sonra proqramı dərhal istifadə edə bilərsik. Qovluqlara rəng təyin etmək üçün həmən qovluğun üzərində siçanın sağ düyməsinə klik edin və «Folderico» menusundan bəyəndiyiniz rəngi seçməlisiniz.

1[1]

Vəssalam, məqaləmiz qısa olmasına baxmayaraq əksər istifadəçilərin ürəyincə olacaqdır.

Məsələn mən qovluqlarımı adlarını oxumadan tez ayırd etmək üçün rənglərdən istifadə edirəm:

mende

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması