Windows-da şifrənin sıfırlanmasının ən asan yolu 0

Əgər Windows 7 və ya Windows 8-də sistemə daxil olmaq üçün şifrənizi unutmusunuzsa o zaman bu təlimatımızda rahatlıqla şifrənizi sıfırlaya bilərsiniz. Prosesin asanlığı onun hətda sadə komputer istifadəçi üçün belə asan olmasıdır.

Şifrənin sıfırlanması üçün bizə Windows 7 (8) əməliyyat sisteminin format diski və ya onun USB variantı (disk sürücüsü olmayan net- və ya noutbuklar üçün) lazım olacaqdır. Format Diskini və ya Boot USB-nı komputerinizə daxil edin və sistemi yenidən başladın.

Windows şifrəsinin sıfırlanması

Sistem Diskindən və ya boot usb-dən sistemi başlatın:

reset-password-step-1

Dili seçdikdən sonra aşağda «Восстановление системы» bəndinə klik edin. Sistemin bərpası pəncərəsindən «Командная строка» bəndinə klik edirik:

win-system-recovery[1]

Əmrlər Pəncərəsinə aşağıdakı əmri daxil edirik və Enter düyməsinə klik edirik:

Bu əmr C diskində yerləşən düymə sıxılmasına cavab verən faylın rezerv kopyasını yaradır.

Növbəti addımda sistemin şifrələrinə cavabdeh olan sethc.exe faylını əmrlər pəncərəsinin köməyi ilə aşağıdakı əmri daxil edərək kopyalıyırıq:

Enteri sıxmağı unutmuruq. Kopyalama uğurla bitdikdən sonra komputeri sərt diskdən yükləyin. Disk və ya USB-nı çıxartmağı unutmayın.

Şifrənin sıfırlanması

Sistem yükləndikdən sonra, windows sizdən yenə də şifrə daxil etmənizi tələb edəcəkdir. Bu zaman Shift düyməsini 5 dəfə sıxın. Lazımi qədər sıxdıqdan sonra düymə sıxılması pəncərəsi əvəzinə administrator hüquqları ilə Əmrlər Pəncərəsi açılacaqdır.

İndi sistemə daxil olma şifrəsini sıfırlamaq üçün aşağıdakı əmri daxil edirik: (burada ilk öncə net user boş buraxırıq istifadəçi adınız boş buraxırıqyeni şifrə yazırıq):

Hazırdır! Artıq siz Windows əməliyyat sisteminə yeni şifrəniz ilə daxil ola bilərsiniz. Sistemə uğurla daxil olduqda sonra lokal diskdə yerləşən sethc.exe faylını yenidən öz yerinə – C:\Windows\System32 sistem qovluğuna köçürə bilərsiniz.

Uğurlar!

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması