Chromium OS – Google-dan Əməliyyat Sistemi 0

Salam Əziz oxucular! Google haqqında sizlərdən soruşsam mənə deyərsiniz ki, bu axtarış sistemini ümumiyyətlə kim bilmir ki. İnternet istifadəçilərin ən sevimli brauzeri Google Chrome-u, Microsoft sistemindən sonra dünyanın ikinci ən böyük Google Android əməliyyat sistemi haqqında hələm demirəm.

Google artıq bizim gündəlik həyatımızda layiqli yerini tutmuşdur. Onsuz bir günümüz olmur 🙂 Bəs Google nəhənginin hazırladığı Chromium Əməliyyat Sistemi (ƏS) haqqında nə bilirsiniz?

Chromium OS — Google İnc tərəfindən hazırlanmış açıq kodlu əməliyyat sistemi 19 noyabr 2009-ci ildə işıq üzü görüb və ilkin kodu BSD lisenziya altında paylaşılmaqdadır.

Maraqlıdır? O zaman gəlin yaxından tanış olaq:

Chromium_os

İstehsalçı Google Inc.
Əməliyyat Sistemi Ailəsi UNIX Ailəsi
Dəstəklənən platformalar x86, ARM
Nüvənin tipi Monolit (Linux)
Lisenziya  BSD

Quraşdırılması – Hazırlıq

Bu sistemin bir özəlliyi ondadır ki, siz onu flash qurğusuna yazıb komputerdə quraşdırılmış əməliyyat sisteminə və fayllara bir xələl yetirmədən işə sala bilərsiniz. Bir də, bu sistem 7 saniyəyə yüklənir və heç bir vurusu qəbul etmir!

1. İlk öncə sizə 4GB və ondan yuxarı həcmli flash kart lazım olacaqdır. Mənim misalımda Music Gallery mağazından əldə etdiyim SanDisk Cruzer Blade 8Gb flash kart olacaqdır. Beləliklə flash kartımızı taxırıq komputerimizə və bütün lazımi fayllarımızı komputerə köçürürük.

9397-2[1]

2. Win32 Disk Imager adlı proqramı Sourceforge saytından yükləyib komputerinizə aşağıdakı kimi quraşdırın:

1 2 3 4 5 6 7 8

3. Flash kartımız və proqramımız hazır olduqdan sonra qaldı əməliyyat sistemimizin yüklənilməsi. Onuda qeyd edim ki, sistem tamamilə pulsuzdur və ürəyiniz istədiyiniz qədər istifadə edə bilərsiniz. Chromium OS yükləmək üçünklik edin. Açılmış səhifədə uzun siyahı olacaqdır. Fayllar arasında öz komputerinizin platformasına uyğun .img faylını yükləyin.

CARMOS sözü ilə başlayan fayl ARM prosessorlar üçün, Camd64OS adlı olanlar x64 bitlik prosessorlar üçün və Cx86OS sözü ilə başlayanlar üçün isə x86 platformaları üçün nəzərdə tutulmuşdur. Əksər komputerlərdə x86 arxitekturası olduğundan məndə bu adla başlayan img faylını yüklədim. Tarixlərə diqqət! Ən sonuncusunu yükləyin.

Quraşdırılması – USB Stick hazırlanması

Faylımız yükləndikdən sonra, arxivin içindən çıxarıb Win32DiskImager proqramını işə salırıq. İmage File altındakı yazıdan arxivdən çıxardılmış img faylını seçirik, Device altındakı yazıda Flash kartının hərfinin olub olmamasını yoxlayırıq və Write düyməsini sıxırıq.

win32

Progress göstəricisi dolduqdan sonra Flash kartdan artıq Windows əməliyyat sistemində istifadə etmək mümkün olmayacaqdır.

Flash kartı komputerdən ayırmayaraq komputeri söndürüb yenidən çalışdırırıq.

BİOS-a əsasən Komputerinizin yüklənmə ardıcıllığını HDD, CD-Rom və USB əvəzinə, bu siyahını əksinə sıralayın. Əgər Boot Sequence menusuna komputerinizin modelinə əsasən hansı F(1-12) düyməsinin olduğunu bilirsinizsə komputer başlayan kimi bir neçə dəfə sıxın. Mənim misalımda bu F9 idi. Təqdim olunan sıyahıda USB-ni seçin və Enter düyməsini sıxın.

Əgər Aşağıdakı şəkli gördünüzsə deməli yuxarda göstərilənləri uğurla etmisiniz.

chromium

Şəkli telefonla çəkdiyim üçün keyfiyyəti aşağı səviyyədədir.

Növbəti qarşınıza gələcək səhifə ilkin quraşdırılmalar və internet ayarları olacaqdır:

1

Burada ilk siyahıda anlayacağımız dili seçirik və internetə qoşuluruq. Bu sistemin əsas mənfi cəhətlərindən biridə odur ki, bu səhifədən internetə bağlanmasanız növbəti səhifəyə keçmək mümkün deyildir.

Əgər qoşulmağa nayil olsanız o zaman aşağıdakı pəncərə qarşınıza çıxacaqdır:

2

İkinci mənfi cəhəti sistemin Google Hesabı ilə işləməsidir. Sizin mütləq bir Google hesabınız olmalıdır. Əgər varsa daxil edirsiniz, yoxdursa google.com səhifəsinə keçərək bir hesab yarada bilərsiniz.

2

4

Uğurla daxil olduqdan sonra siz ilkin səhifəyə daxil olacaqsınız:

3

Gəlin Cansıxıcı boz rəngli iş stolunu gözəl şəkillə əvəz edək. Bunun üçün aşağıda Chromium brauzerinə klik edirik və google-da bu sistemin orijinal iş stolu şəklini axtarırıq:

6

Şəkli yaddaşa veririk və adlandırıq:

7

Sonra İş stolunda siçanın sağ düyməsinə klik edirik və “Выбрать обои” seçirik (Rus Dilli versiyada).

8

Kiçik pəncərədə plus düyməsinə klik edirik və yaddaşa verdiyimiz şəkli seçirik. Şəkil seçildikdən sonra avtomatik olaraq iş stolu görüntüsünə çeviriləcəkdir.

9

10

9

İş stolunda aşağı sağ tərəfdə Əməliyyat Sisteminin ümumi ayarları və klaviatura seçimi və saatı tənzimləmək mümkündür

10

Aşağı sol tərəfdə isə Windows əməliyyat sisteminə olduğu kimi proqramlar panelinə rast gəlmək olar.

Proqramlar və əlavələr:

11

Google tərəfindən təqdim olunan dünyanın ən yaxşı və təhlükəsiz İnternet brauzerində rahat serfing imkanı:chromeKomputerinizdən uzaq olduğunuz zaman sistem avtomatik olaraq Giriş səhifəsinə keçərək açıq qalmış işlərinizin digər şəxslər tərəfindən oğurlanmamasını təmin edirı:

log-on

Özündə cəmləşdiyi sadəlik Terminal Funksiyasındada biruzə verir. Terminalı açmaq üçün Linux ƏS-ndə olduğu kimi Ctrl+Alt+T düymələrini sıxmaq lazımdır.

terminal

P.S. Əməliyyat sistemi tamamilə Chrome Brauzeri əsasında yığılmışdır. Bütün tənzimləmələr və ayarlar Chrome-nin üzərində həyata keçirilir. Əksər linux sevərlər burada Linux-un bir çox funksiyalarını tapmaqla bərabər Windows  əməliyyat sistemində olan funksiyalarına da rast gələcəklər.

Üstün Cəhətləri 

  • Təhlükəsizlik (heç bir virus qəbul etmir);
  • Çox sürətli sistem (Donma, yavaşlama və sair hallar müşaidə olunmadı);
  • Özünlə daşıya biləcəyin və balaca flash karta yerləşə bilən ƏS-i;
  • Sırf həyatını internetsiz keçirə bilməyən şəxslər üçün inanılmaz gözəl sistem (bloqer, yazar və ya tənqidçilər);
  • Bütün növ noutbook və netbuklara quraşdırmaq olur;
  • Əməli Yaddaşı doldurmur;
  • Faylları birbaşa Google Drive-a yazıb və oradan da rahat istifadə etmək imkanı.

Mənfi Cəhətləri

  • Sistem İnternet olmadan başlatmaq mümkün olmur;
  • Sistem yalnız sizin Google Hesabınıza əsasən yüklənir;
  • Sitemdə əlavə proqramlar yükləmək olmur;
  • Sistemin öz Chrome Store-unda (Chrome Mağazasında) proqram və oyun sayının az olması;
  • Quraşdırılması geniş istifadəçi kütləsinə çətin olması.

 

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması