SuperFetch necə deaktiv etmək olar 0

İlk dəfə Windows Vista  əməliyyat sistemində təqdim olunan SuperFetch texnologiyası Windows 7 və Windows 8 (8.1) sistemlərində də mövcuddur. SuperFetch xidməti tez-tez istifadə etdiyiniz proqramları əməli yaddaşın keşindən istifadə edərək sessia zamanı ikinci dəfə daha tez açılmasına imkan yaradır.

Lakin sözü gedən xidmət müasir komputerlərdə lazım deyildir. Hətda SSD sərt disklərin istifadəsində isə ümumiyyətlə SuperFetch və PreFetch xidmətlərin söndürülməsi məsləhət görülür.

Aşağıda təqdim etdiyimiz təlimatda bu xidmətin deaktiv edilməsinin iki üsulunu göstərəcəyik. Əgər hər hansısa bir səbəbdən xidmətin fəalitini dayandırdıqdan sonra xətalar baş verərsə, təlimatı təkrar edərək aktiv edə bilərsiniz.

Xidmətlər pəncərəsində SuperFetch-in deaktiv edilməsi

windows-8-superfetch[1]

Birinci və ən tez üsul İdarəetmə Panelinə (Панель управления) daxil olub, buradan Администрирование sonra isə Службы keçirik. (Daha asan üsul isə Windows + R düymələrini sıxıb services.msc yazıb Enter düyməsini sıxmaqdır)

Siyahıda Superfetch xidmətini tapırıq və üzərinə iki dəfə klik edirik. Açılmış pəncərədə ilk öncə «Остановить» düyməsini sıxdıqdan sonra, «Тип запуска» əndin önündəki siyahıdan «Отключена» seçib Ok düyməsinə klik edirik.

disable-superfetch-service[1]

SuperFetch və Prefetch xidmətlərin reyestrdən deaktiv edilməsi

Eyni deaktiv əməliyyatını siz Windows sisteminin reyestr redaktoru ilə də edə bilərsiniz. Burada əlavə olaraq SSD üçün Prefetch xidmətinin də necə deaktiv edilməsini başa salacam.

superfetch-prefetch-registry[1]

  1. Reyestr Redaktorunu Win + R düymələrini sıxıb, açılmış pəncərədə regedit yazıb və Enter düyməsini sıxıb açırıq;
  2. Reyestrdə HKEY_LOCAL_MACHINE \ SYSTEM \ CurrentControlSet \ Control \ Session Manager \ Memory Management \ PrefetchParameters bölməsini açırıq;
  3. Sağ sütünda EnableSuperfetcher adlı parametr görəcəksiniz. Əgər bu adla heçbir fayl yoxdursa, o zaman EnableSuperfetcher adı ilə DWORD parametrini yaradın.
  4. Xidməti söndürmək üçün faylı redaktə edin və parametr dəyərini 0 rəqəmi ilə işarələyin.
  5. Eyni olaraq Prefetch xidmətini deaktiv etmək üçün EnablePrefetcher parametrini 0 dəyərnə dəyişin.
  6. Komputeri söndürüb yenidən başladın.

Mövcud rəqəm dəyərləri və onların təyinatı:

  • 0 — söndürülməsi;
  • 1 — yalnız sistemin yüklənmə faylları üçün işə salınıb;
  • 2 — yalnız proqramlar üçün işə salınıb;
  • 3 — işə salınması.

Əgər xidmətlərlə bağlı əlavə sualınız olarsa, aşağıdakı Şərh forması sizin xidmətinizdədir.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması