0X8004240F xətası və ya 2Gb-lıq tom necə yaratmalı 0

Bir gün rəhbərlik qarşımıza belə bir tapşırıqla müraciət etdi: Hərəsi 1 Tb həcmdə 300px-RAID_5.svg[1]olmaqla 4 sərt disk üzərində RAİD5 yığmaq və Windows Server 2008 sistemini quraşdırmaq. Tapşırıq çətin olmasa da, məsələ ondadır ki, Windows Server 2008 ƏS-ində faylların arxiv rezerv kopyasını yaddaşa vermək üçün sistem 2 Tb-dan çox yer tələb edir. Bunu nəzərə almadıqda Windows Server yüklənmir və əvəzinə 0x8004240f xətası meydana gəlir.  Məsələnin həllini internetdə axtarmağı  və həlli yollarını bu məqalədə paylaşmaq istədik.

Xətanın baş vermə səbəbi:

Xətanın yaranma səbəbi ondan irəli gəlir ki, Windows Server disklərin rezerv kopyasını etmək üçün maksimum 2Tb həcmində olan əsas yükləmə formatlı (MBR) tomundan istifadə edir.

Xətanın aradan qaldırılması yolları:

a) 0x8004240f xətasından qurtulmaq üçün Windows 2008 sisteminin yenilənmiş 2-ci paketindən istifadə edə bilərsiniz. Bizim məsələizdə bu bizə uyğun gəlmədi.

b) Yenilənmədən başqa, məsələnin müvəqqəti həllidə var imiş. Xətanı aradan qaldırmaq üçün rezerv kopyanın saxlanma tomunu 2 Tb keçməyən həcmdə yaradın.

Bizim halda RAİD5 olduğundan biz aşağıdakı kimi etdik:

8 Tb yaddaşı biz 2 RAİD massiv 5-ə böldük: 1) 200Gb və 2) 7800Gb. Sistem Server 2008 quraşdırılmadan öncə bunları iki fərqli sərt disk kimi görəcəkdir.  Birinci 200 Gb həcmli olan hissəsinə Əməliyyat sistemimizi yüklədik. (Windows Server 2008) Bu hissə bizdə ayrı reyd-massivdə yüklənəbilən oldu (MBR).

Qalan ikinci hissəni biz GPT-yə çeviririk. (Bunu həm Windows sisteminin köməyi ilə, həm də Acronis proqramın vasitəsi ilə etmək olar). GPT diskdə 128 hissəyə qədər tom yaratmaq olar. Və nəticədə >2 Tb-lik diskimizi tələb olunan fortmatda yaradırıq. Bununlada hərəsi fərqli reyd massivlərində yerləşən iki tom əldə etmiş oluruq.

Mənbə: http://komp-az.info/

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması