Windows-da Hibernasiya 0

Hibernasiya (Hibernate Гибернация) – bu komputerin elə bir söndürülmə növüdür ki, bu zaman bütün açıq qovluqlar və fayllar, işləyən bütün proqramlar onların hal-hazırdakı vəziyyəti sərt diskdə yaddaşa verilir və növbəti dəfə komputeri işə saldıqda, biz demək olar ki  heç bir vaxt itirmədən işimizə davam etdirə bilirik.

07[1]

Hibernasiya Yatma Rejiminə (Спящий режим) çox bənzəyir. Yatma rejimində də hibernatebütün məlumatlar yaddaşa verilir və növbəti dəfə komputeri işə saldıqda rahatlıqla işimizi davam etdirə bilərik. Lakin bu rejimin mənfi cəhəti az da olsa daima komputerdəki enerjidən asılıdır. Əgər noutbukun batareyasını və ya stolüstü komputerin elektrik kabelini ayırsaq, sistem daha Yatma Rejimindən bərpa olunmayacaq.

Windows 7-də hibernasiya rejiminin üstün cəhəti olmağına baxmayaraq minus cəhəti də mövcuddur. Hibernasiya zamanı komputerin sistem diski olan (C:)-də hiberfil.sys adlı fayl yaranır ki, onunda həcmi minimum 8 Gb təşkil edir.

Artıq siz Hibernasiya rejimi haqqında müəyyən məlumat əldə etdiniz. Əgər siz komputerinizi əvvələr bu rejiminə keçirməmisinizsə, o zaman aşağıdakı təlimatlardan bu rejimi necə söndürmək olacağını təqdim edirik:

Windows 7-də Hibernasiyanın söndürülməsi

Start düyməsini sıxırıq və Командная строка daxil edirik. Tapılmış Командная строка proqramın üzərində siçanın sağ düyməsini sıxırıq və açılmış kontekst menusunda Запустите программу от Администратора bəndinə klik edirik.

01[1]

Açılmış əmrlər pəncərəsində powercfg /h off əmrini daxil edib Enter düyməsini sıxırıq.

02[1]

Hibernasiya rejimini aktiv etmək üçün, analoji olaraq bütün prosesi təkrarlayırıq və powercfg /h on əmrini daxil edib Enter düyməsini sıxırıq.

Hibernasiya rejimin söndürülməsi – ikinci üsul

Bəzi hallarda yuxarıda göstərdiyimiz üsul hibernasiya rejimin söndürülməsi mümkün olmur. Ona görədə sizə bu rejimin söndürülməsi üçün aşağıdakı təlimatları təkrarlamanızı məsləhət görərdik:

1. İş stolunda sadə mətn faylı yaradın. Faylı açın və powercfg -h off kodunu daxil edin və faylı yaddaşa verin.

03[1]

04[1]

2. Faylı bağlayın və adını dəyişmək üçün F2 düyməsini sıxın. Burada faylın adından sonra gələn .txt genişlənməsini .bat genişlənməsinə dəyişdirin.

05[1]

3. Faylın genişlənməsini uğurla dəyişdirdikdən sonra, üzərində siçanın sağ düyməsini klik edib Запустит от имени администратора seçirik.

06[1]

Bununlada hiberfil.sys faylını sılməyə müvəssəl olduq.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması