Windows-u işə salarkən proqramların aktivləşdirmə vaxtını təxirə salmaq 2

Kompüteri işə salarkən Windows avtomatik olaraq «Автозагрузка» qovluğunda olan proqramları işə salır. Bəzən oraya yazılan proqram keçidləri heç istifadəçinin xəbəri olmadan yazılır. Və istifadəçi fərqində olmadan proqram həm əməli yaddaşda müəyyən yer tutur və komputerin gücünü azaldır.

Beləliklə də, sistem başladılarkən nə qədər az sayda proqram işə düşərsə, bir o qədər də sistemin başlanması tez həyata keçər. Bunun üçün də, bu günki məqaləmizdə həmən proqramların sistem başlayan kimi deyil, bir müddətdən sonra işə salması haqqında olacaq. Bunu həll etmək üçün Windows-un reyestrinə bəzi dəyişiklər etməli olacayıq.

İlk öncə «Windows + R» düymələrini sıxıb, açılmış pəncərədə «regedit» sözünü daxil edib Enter düyməsini sıxırıq.

Açılmış reyestr redaktəsi pəncərəsində

  • HKEY_CURRENT_USER \
    • Software\
      • Microsoft\
        • Windows\
          • CurrentVersion\
            • Explorer

kimi keçirik. Ən son bölüm olan «Explorer» qovluğun üzərində siçanın sağ düyməsini sıxıb «Создать –> Раздел» kimi keçib yeni qovluq yaradırıq. Həmən qovluğun adını Serialize kimi adlandırırq.

Pəncərənin sağ tərəfində boş bir yerdə siçanın sağ düyməsini klik edib kontekst menusudan Создать seçib sonra DWORD (32-Bit) ayarını seçib fayl yaradırıq.

Həmən faylı adını StartupDelayinMSec kimi təyin edirik.

Sonra yaradılmış faylın üzərinə iki dəfə klik edib, açılmış pəncərədə значение hissəsində «0» rəqəmin olub olmamasına əmin oluruq. Pəncərəni bağlamaq üçün «ОК» düyməsinə klik edirik.

Artıq növbəti restart zamanı «Автозагрузка» qovluğunda olan proqramlar hərəsi 30 saniyə olmaqla işə düşəcəkdir ki, bu da sistemin tez və rahat başladılmasına imkan verəcəkdir.

StartUp[1]

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması