Windows 7 Start menusuna «Выполнить» bəndinin əlavə edilməsi 1

Windows XP-dən fərqli olaraq, hansısa bilinməyən səbəblərə görə Windows 7 versiyasında «Выполнить» funksiyası susmuş halda Start («Пуск») menusundan götürülmüşdür. Əgər əvvələr XP istifadəçisi əmrləri daxil etmək üçün siçanla start düyməsini sıxıb, sözügedən bəndi klikləyirdisə, 7-də «Выполнить» pəncərəsinin çağırılması Windows + R düymələrini sıxmaqla kifayətlənir.

Əgər düşünürsüzsə bu funksiyanın XP-də olduğu kimi Windows 7 də Start menusunda olması sizin üçün daha rahat olacaq, o zaman aşağıdakı əməliyyatları tərkrarlayın:

  1. İş stolunun ən aşağı hissəsində yerləşən Tapşırıqlar panelı (Панели задач) üzərində siçanın sağ düyməsini sıxıb, açılmış kontekst menudan «Свойства» bəndini seçirik.
  2. Kiçik tənzimləmələr pəncərəsi açılacaqdır. Buradan «Пуск» adlı alt-menuya keçirik.
  3. Burada yerləşən «Настроить» düyməsini sıxırıq.
  4. Açılmış yeni pəncərədə bir sıra parametrlərin tənzimləməsi siyahısını görəcəksiniz. Aşağı tərəfə sürüşgəni dartaraq «Команда «Выполнить»» sətrini tapın.
  5. Sətrin önünə funksiyanı aktivləşdirmək üçün işarələyin.
  6. Hər iki pəncərəni Ok düyməsini sıxaraq bağlayın.

Screen_Run[1]Artıq Windows 7-də Start menusunda «Выполнить» öz yerinə qayıdacaqdır.

1329126311_run_menu[1]

Suallarınızı aşağıdakı formadan soruşa bilərsiniz.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması