Komputerdə Android Əməliyyat sistemi istərdinizmi? 4

Bu gün sizlərlə çox maraqlı məqalə paylaşacam. Məqaləni tam oxuduqdan sonra siz artıq öz PC, noutbuk və ya netbukunza telefonlarımızdan yaxşı bələd olduğumuz Android əməliyyat sisteminin necə quraşdırılıdığını biləcəksiniz. Bu sistem Unix sistemi üstündə qurulduğundan Linux sevərlər üçün lap asan olacaqdır.

Sistem komputerə quraşdırıldıqdan sonra Play Market-də olan milyonlarla proqram və ya oyunu öz komputerdə oynamağa müvəssəl olacaqdır. Sistem çox az parametrlər tələb etdiyindən komputer heç-vaxt donmur və virus düşmür.

İlk öncə Android ƏS-in 32-bit x86 arxitekturalı komputer üçün nəzərdə tutulmuş CD üzünü sourceforge.net saytından yükləyək:

android-x86-4.4-RC2.iso

İso arxivi yükləndikdən sonra onu ya CD diskə yada USB-fləş yaddaşına yazmağımız lazım gələcəkdir. CD-yə necə yazıldığınız sizə başa salmayacam, çünki bu çox asandır. Lakin CD yazmaq üçün sizə bir əlavə məqaləmizi oxumağı məsləhət görərdim:

Easy CD-DA Extractor Pro v12 – universal proqram

Bir az gəliz olan USB-bootable fləşin yaradılmasıdır ki, aşağıdakıları təkrar etdikdən sonra bununda asan proses olduğunun şahidi olacaqsınız. İlk öncə UltraİSO proqramını öz rəsmi saytından endirək. Bu proqram bizə bir dəfə lazım olduğundan 30 günlük trial versiyasını yükləyək.

UltraİSO

Proqramı komputerə quraşdırdıqdan sonra proqram pəncərəsini açırıq. Burada Файл (File) menusuna sıxıb Открыт (Open) seçirik:

uiso6en[1]

İso arxivin harada olduğunu seçirik:

1

Sonra “Самозагрузка” menusuna klik edib “Записать образ Жесткого диска..” kimi klikləyirik:

2

2Gb və daha çox yaddaşı olan USB fləşimizi komputerə taxırıq. Açılmış pəncərə Disk Drive hissəsinə diqqət yetirirk. İlk öncə USB fləşinizi komputer hansı hərflə tanıdığınza əmin olun, sonra buaradan həmən USB fləşinizi seçin!

3

Форматировать” düyməsinə sıxırıq və bu zaman əvvəllərdə bizə tanış olan balaca pəncərə açılacaqdır. Bu pəncərədə biz USB fləşimizi format etməliyik. Diqqətli olun: Fləşinizdə olan bütün məlumatlar geri qaytarılmamaq şərti ilə silinəcəkdir.

Файловая система“-da FAT32 seçdikdən sonra Начать düyməsini sıxırıq:

4

Fləşimiz format olunduqdan sonra Записать düyməsini sıxırıq və prosesin bitməyini gözləyirik.

5

Proses tamamlındıqdan sonra proqramı bağlayırıq və komputerimizə restart (söndürüb yenidən yandırmaq) veririk.

BİOS-un quruluşu bütün komputer modellərində fərqlidir. Mən öz praktikamda indiyənə kimi heç vaxt eyni BİOS-lu iki noutbook və ya PC görməmişəm. Odur ki siz əmin olmasınız ki:

  1. Sizin BİOS-unuz USB-dən boot (yüklənmək) etməyi bacarır;
  2. Əgər bacarırsa o zaman Boot Sequence (Yüklənmə ardıcıllığı) ardıcıllığı düzgün qurulub mu?
  3. Biosa daxil olmadan hansı F(1-12) düyməsini sıxaraq Boot Sequence menusunu çağıra bilərəm.

Əgər hər bir proses uğurlu keçdisə və Komputer USB-dən yükləndisə o zaman siz aşağıdakı şəkli görmüş olacaqsınız! Uraa )) Bu Android sisteminin yüklənmə səhifəsidir. Hətda telefonlara belə bu sistem belə quraşdırılır 🙂

Sizə məsləhət görərdim ki ilk öncə birinci bəndini seçib android sistemini komputerə quraşdırmadan bir başa USB-dən işlədib test edərdiniz. Yeri gəlmişkən oxuduğunuz məqaləni Live CD-dən yüklənmiş android sistemindən yazıram.

Qərara gəlib quraşdırmaq istəsəniz aşağıdakıları təkrar edin:

DİQQƏT: Komputerin Lokal disk C-də olan bütün məlumatlar, o cümlədən Windows əməliyyat sistemi və onun bütün faylları tamamilə silinmə təhkükəsi yarana bilər! Bu barədə sizi xəbardar etmək borcumdur. Əgər komputerinizə hər-hansı səbəbdən xələl yetirilərsə, məqalə və sayt rəhbərliyi məsuliyyət daşımır.

«Installation — Install Android on Hard Disc» seçirik və Enter düyməsini sıxırıq:

Installation-Install-Android-on-Hard-Disc[1]

Seçimi etdikdən sonra sizə sistemin hansı bölməyə quraşdırılmasını təklif edəcəkdir. Mövcud olan bölmələrdən birini seçirik (bizim halda bu sda1-dir) və Ok düyməsini sıxırıq.

Choice_HDD_to-Install-Android-on-PC[1]

Növbəti səhifədə sizə seçilən bölmənin hansı yaddaş formatına format edilməyini təklif olunacaqdır. Android NTFS-i ümumiyyətlə sevədiyindən ya EXT2, EXT3 ya da FAT32 fayl sistemini məsləhət görərdim. Mən ext3 seçdim, axı nolsun Andoid-dir Unix sistemin ki, kiçik qardaşıdır :).

332

Sonra sistem quraşdırıcısı bizə Linuxdan tanış olan GRUB-u boot loader-i komputerə quraşdırılmasını təklif edəcək. Mütləq Yes bəndini seçirik və Enter-i sıxırıq. GRUB-suz Android sistemi ümumiyyətlə komputerdə açmayacaqdır.

333

Sonra sistem komputerdə əvvəl hansı əməliyyat sisteminin olub olmamasını yoxlayır. Əgər varsa, məsələn Windows quraşdırıcı səhifədə sizdən əvvəlki sistemin komouterdə saxlanıb saxlanmamasını təklif edəcək. Əgər Yes seçsəniz, o zaman hər dəfə komputeri işə saldıqda iki sistem arasında seçim etməniz lazım gələcəkdir – Windows və ya Android. Bu superdir! Yes seçib «ОК» düyməsini sıxırıq.

334

Və budur, android sistemimiz komputerə quraşdırılır.

335

Quraşdırılma prosesi bitdikdən sonra Run Android-x86 seçib komputerimizdə Android-dən dərhal həzz ala bilərik 🙂

336

Ümüd edirik ki, prosesiniz uğurla tamamlanmışdır və Andoid sistemini komouterdə açmağa müvəssəl oldunuz. Aşağıda sizlərə bunun canlı olaraq necə göründüyünü təqdim edirik.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması