Windows 8 sürücülərinin (drivers) rezerv kopyalanması 0

Əgər Windows 8 sistemini silib yenidən yazmaq istəsəniz mütləq noutbuk komponentlərin sürücüləri lazım olacaqdır. Adətən müasir komputerlərdə daxili hissələrinin sürücüləri CD diskdə və ya komputerin sərt diskində olur.

Bu məqalədə sistem sürücülərin artıq quraşdırılmış faylların bir qovluğa toplayıb, sistemi yenidən yazdıqdan sonra geri quraşdırılması haqqında olacaqdır. Onuda deyim ki, bu əməliyyatı Windows-un yalnız ən son versiyalarında etmək mümkündür. Yeri gəlmişkən yayda relizi planlaşdırılan Windows 10 sistemində bu funksia daha da təkminləşdirilib.

PowerShell-in vasitəsi ilə sürücülərin kopyalanması

Sözü gedən sürücülərin kopyalanması üçün bizə yalnız PowerShell proqramını administrator adından işə salıb, yeganə olaraq bir əmri daxil edib gözləmək olacaqdır.

İndi isə hər şey ardıcıllıqla:

İlk öncə axtarış xanasında PowerShell yazıb nəricələrdə çıxacaq proqramın üzərində siçanın sağ düyməsini klikləyirik. Açılacaq kontekst menuda Запуск от имени администратора bəndini seçirik.

run-powershell-administrator[1]

Açılacaq pəncərədə Export-WindowsDriver –Online –Destination D:\DriverBackup əmrini daxil edirik. Burada D diskində DriverBackup adlı qovluq yaranacaqdır. Prosesi başlatmaq üçün Enter düyməsini sıxırıq.

driver-export-powershell[1]

Prosesin bitməsini gözləyirik…. Sürücülər kopyalanır….

driver-backup-process[1]

Kopyalama prosesi zamanı PowerShell pəncərəsində siz sürücülərin necə kopyalandığı görəcəksiniz. Lakin kopyalanarkən sürücülər sistemdə olduğu kimi deyil, oemNN.inf adı altında saxlanacaqlar.  Narahat olmayın, tək inf fayl deyil, sürücülərin əsas komponent faylları da olan sys, dll, exe fayllarda kopyalanacaqdır.

drivers-backup-folder[1]

Sistemi uğurla yenilədikdən sonra sürücülərin bərpası aşağıdakı kimi edə bilərsiniz: диспетчер устройств proqramına daxil olub orada sarı xəbərdar edici işarə ilə sürücü tələb edən komponentin üzərində siçanın sağ düyməsini klikləyib, «Обновить драйверы» bəndini seçirik.

search-driver-this-pc[1]

Açılmış pəncərədə «Выполнить поиск драйверов на этом компьютере» kimi seçirik və sürücülərin kopyalandığı yeri göstəririk. Windows avtomatik olaraq sürücüləri quraşdıracaq.

Komputer Sürücüləri (driver) ilə bağlı bütün problemləri bizə yazın. Birlikdə problemin həlli yollarını axtaraq.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması