Windows XP-də klaviatura dilinin əlavə edilməsi 1

Windows XP əməliyyat sistemində klaviatura ilə müxtəlif dillərin hərfləri ilə çap etmək mümkündür. Sistem ilkin qurulan zaman standart olaraq yalnız İngilisRus dillərinin əlifbası arasında seçim etmək olur. Bu yazıda Azərbaycan dilinin Latın hərflərinin seçimini siyahıya əlavə edəcəyik.

language

  1. İlk öncə məlumat panelin aşağı sağ tərəfində yerləşən dil seçimi üzərinə siçanın sağ düyməsi ilə klik edirik və açılmış menuda “Параметры…” bəndini seçirik:
    1
  2. Açılmış pəncərədə sağ küncdəki “Добавить” düyməsinə bir dəfə klik edək:
    2
  3.  Açılacaq yeni balaca pəncərədə klaviatura üçün dili seçirik. Biz Azəerbaycan dilinin latın hərfli versiyasını seçirik və Ok düyməsini sıxırıq:
    3
    4
  4. Seçdiyimiz dil avtomatik olaraq mövcud dil siyahısına əlavə olunacaqdır. Yaddaşa vermək üçün Ok düyməsinə bir dəfə klik edək:
    5
  5. Artıq əlavə edilmiş dilimizdən rahat istifadə edə bilərik:
    6
Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması