Windows-da msvcr100.dll səhvi 0

Bu kiçik məqaləmizdə sizlərə komputerdə oyunu başladarkən çıxan «На компьютере отсутствует MSVCP100.dll» (Komputerdə MSVCP100.dll mövcud deyil) sistem səhvinin necə həll edilməsi haqqında danışacağam. Bundan başqa «Точка входа в процедуру не найдена в библиотеке MSVCP100.dll», «msvcp100.dll Not Found», «msvcp100.dll не был найден», «The program can’t start because msvcp100.dll is missing from your computer», «The file msvcp100.dll is missing» kimi səhvlərində həllini axataracağıq. Əslində msvcp100.dll faylı sədəcə olaraq Microsoft Visual C++ 2010 məhsuluna aid bir dll fayldır. Lakin sistemdə msvcp100.dll faylın mövcud olmaması müxtəlif səbəblərdən ola bilər, məsələn virus zədələyə bilər. Belə olan halda, msvcp100.dll faylını haradan yükləyək?

Üsul 1. Bəlkədə ən düzgün və daha təhlükəsiz olardı ki, sözügedən Microsoft Visual C++ 2010 məhsulun tam versiyasını yükləyib, komputerə yenidən quraşdırasınız. Paketi yükləmək üçün aşağıdakı keçiddən istifadə ediniz:

x86 arxitekturalı komputerlər üçün
x64 tipli sistemlər üçün

Windows 7 Service Pack 1, Windows 8 və Windows 8.1 üçün Microsoft Visual C++ 2012 aktual yenilənmələri buradan yüklənilməslidir: Microsoft Visual C++ 2012

Bütün paketləri uğurla quraşdırdıqdan sonra komputeri söndürüb yenidən işə salırıq.

Üsul 2. Bu üsul alqışlanmır, lakin əgər birinci üsul bizim işimizə yaramasa, o zaman aşağıdakıları tədbiq edirik.  İlk öncə msvcp100.dll faylını yükləyirik.

Sonra msvcr100.dll faylını  С:\Windows\system32 qovluğuna kopyalıyırıq. Əgər sizdə Windows 7 x64 və ya Windows 8 x64 sistemləri quraşdırılıbsa, o zaman C:\Windows\SysWOW64\ qovluğuna kopyalıyırıq.

Növbəti mərhələdə Пуск düyməsinə klik edib Выполнить bəndini seçirik. Digər variant kimi klaviaturada Win+R düymələrini sıxsanız Выполнить pəncərəsi açılacaqdır. Pəncərəyə aşağıdakını daxil edirik:

regsvr MSVCR100.dll

əgər xəta çıxsa o zaman aşağıdakını daxil edirik:

regsvr32 MSVCR100.dll

regsvr32-MSVCR100_dll[1]

OK düyməsini sıxırıq. Daxil etdiyimiz əmrin təsdiqlənməsini gözləyirik. Uğurlu cavabdan sonra komputeri söndürüb yenidən çalışdırırıq. Problem nəticə etibarı ilə həll edilmiş olmalıdır.

Əgər heçnə kömək etmədisə…

Əgər siz yuxarıda danışdığımız bütün əməliyyatları düzgün etdinizsə lakin Windows inadla msvcr100.dll faylını tanımaq istəmirsə, çox gümanki sizin istifadəçi profiliniz artıq zədəlidir. Bunun üçün yeni profil yaradın və oyunu həmən profil adından işə salmağa çalışın. Bundan başqa, komputerinizdə DirectX və Microsoft .NET Framework 4 kimi paketləridə yeniləməyi unutmayın.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

1 şərh

  1. Tural

    2 ci usulla yoxladim alinmadi.bawqa nece duzelde bilerem.

Şərh forması