Windows səhv kodları 1

Salam dostlar. Əməliyyat sistemlərində, hər hansı bir əməliyyatı yerinə yetirmək istədiyimizdə  qarşımıza çıxan,və bizi tez tez gözlənilməz vəziyyətlərə salan sistem səhvlərindən danışacam. Zaman zaman sistemdə baş verən uyğunsuzluq əksər vaxt bizim “error “ və ya “oşibka” adlandırdığımız uyğunsuzluqlar əməliyyat sistemləri tərəfindən kodlaşdırılır. Yani bütün bu yalnışları bizə anladan cümlələr bu kodların arxasında gizlədilir. Bu gün ən çox qarşılaşdığımız kodların açmasını Azərbaycan dilində təqdim etmək istəyirəm.

Windows Ə.S baş verən səhvlərin siyahısı:
[0183 0x00B7]   Faylı yaratmaq mümkün deyil, ola bilsin ki, o artıq mövcuddur.

[0267 0x010B]   kataloq düzgün adlandırılmamışdır.

[0002 0x0002]   Sistem göstərilən faylı tapa bilmədi. (bu fayli silmiş və ya yerini dəyişdirmiş, ya da başqa ad vermiş ola bilərsiniz)

[0003 0x0003]   Sistem göstərilən yolu tapa bilmədi.

[0004 0x0004]   Sistem bu faylı aça bilmədi. (ola bilsin ki ya fayl zədələnib, ya da bu əməliyyat sisteminə aid deyil)

[0276 0x0114]   faylı tamamlayan atribut(lar) zədələnmişdir.

[0277 0x0115]  Faylı tamamlayan atributlar doludur.

[0005 0x0005]  Çıxış yoxdur.

[1006 0x03EE]  Fay dəyişikliyə məruz qaldığı üçün,onu açmaq mümkün deyil. (İlk növbədə faylda hansı dəyişikliyi etmisinizsə, onu əvvəlki vəziyyətinə qaytarmağa çalışın)

[0006 0x0006]  Düzgün olmayan deskriptor.(yazı lüğəti)

[0007 0x0007]  Yaddaşı tənzimləyən blokun zədələnməsi

[0008 0x0008]  Daxil edilən komandanın sona yetməsi üçün yaddaş çatişmamazlığı

[0009 0x0009]  Yaddaş blokuna düzgün yönləndirilmədi.

[0010 0x000A]  Windows-un səhvi

[0011 0x000B]  Düzgün olmayan proqram formatı

[0012 0x000C]  Giriş kodu doğru deyil.

[0013 0x000D]  Məlumat səhvi

[0014 0x000E]  Əməliyyatı sona çatdırmaq üçün yetərli yaddaş mövcud deyil.(yaddaş azlığı, bir də virus amili)

[0015 0x000F]  Sistem göstərilən diski tapa bilmədi.(Ya bu qoşulan çıxarılıb, ya da mövcud olmayıb)

[0016 0x0010]   Kataloqu silmək olmur. (Çox vaxt bu faylın başqa bir prosseslə əlaqəsi olduğu zaman baş verir)

[0017 0x0011]   Sistem bu faylı yerləşdirə bilmir.

[0019 0x0013]   Bu daşıyıcı kilidlənmişdir (Usb flaş yaddaş və ya disketlərə nə isə yazmaq istədiyimiz zaman baş verir.)

[0020 0x0014]   Sistem bu qurğunu tapa bilmir.(Ola bilsin ki, bu qurğu artıq çıxarılıb, ya yerindən oynayıb, ya da ümumiyyətlə mövcud deyil.)

[0110 0x006E]   Sistemə göstərilən qurğunu və ya faylı açmaq müyəssər olmadı.(Adətən zədələnmə zamanı baş verir)

[0111 0x006F]   Göstərilən fayl adı,təyin olunmuş standartdan uzundur.

[0167 0x00A7]   Faylın hansisa sahəsində kilidi açmaq mümkün olmadı.

Müəllif: Elmir Etibaroğlu
Resurs: Technet.az

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması