Microsoft hesabını Windows 8.1 sistemində necə silək? 2

Əgər siz hansısa bir səbəbdən Windows 8.1-ə Microsoft hesabı ilə daxil olmaq deyil lokal istifadəçi kimi daxil olmaq istəyirsinizsə, o zaman bu məqalə prosesin iki ən asan üsulunu başa salacaqdır.

Microsoft hesabı hər dəfə sizə şifrəni tələb etməsi, internet bağlantısı olmadıqda noutbuka girişin məhdudlaşdırılması və bir sözlə hansısa uzaq serverlərdən asılı olması sizə çətinlik yara bilər.

Sonda biz onuda qeyd etmişik ki, siz komputerinizdən başqa öz Microsoft hesabını tamamilə necə silə bilərsiniz.

Microsoft Windows 8.1 ucun yeni hesab yaradaraq digər hesabın silinməsi üsulu

Birinci üsulda biz çalışacağıq yeni administrator hesabını yaradıb, aktiv olan Microsoft hesabını silək.

İlk öncə yeni hesab yaratmaq üçün sağda yerləşən Ayarlar panelinə (панель) (Charms) daxil olub, bu kimi keçid edək: —> Параметры —> Изменение параметров компьютера —> Учетные записи —> Другие учетные записи.

Sonuncu açılan pəncərədə «Добавление учетной записи» bəndini klikləyərək yeni lokal hesabı yaradırıq. (Əgər komputeri internetdən ayırsaq, o zaman sözügedən lokal istifadəçi hesabı avtomatik yaranacaqdır.)

add-local-account-windows-8-1[1]

Yaranmış olan hesabın üzərinə klik edirik, və «Изменить» düyməsini klikləyirik. Sonra hesabın tipini «Администратор» kimi təyin edirik.

set-account-administrator[1]

Bütün yuxarıdakıları etdikdən sonra, Microsoft hesabından çıxın. (Hesabdan çıxış etmək üçün Windows 8.1-in başlanğıc səhifəsinə keçin). Sonra yenə daxil olun və bu zaman sizin yaratdığınız istifadəçi adından istifadə edin.

windows-8-1-logoff[1]

Və nəhayət bu üsulun sonunda, Microsoft hesabını komputerdən tamamilə silinməsini izah edəcəm. Bunu etmək üçün yenə Ayarlar panelinə daxil oluruq (Панель управления) —> Учетные записи пользователей kimi keçirik və bu pəncərədə «Управление другой учетной записью» bəndini klikləyirik.

change-another-account-windows-8-1[1]

Buradan silmək istədiyiniz hesabı seçirik (bizim halda bu Microsoft hesabıdır) və «Удаление учетной записи» keçidini klikləyirik. Hesabı silərkən, sizdən həmən hesaba bağlı olan Mənim Sənədlərim (Мои документы) qovluğunun silinməsi və ya yaddaşda saxlanılması haqqında xəbərdarlıq gələcəkdir.

remove-windows-8-1-microsoft-account[1]

Microsoft hesabını Lokal hesaba keçirilməsi

Bu üsul komputerdən uzun müddət istifadə etmiş istifadəçilər üçün daha əlverişli olacaqdır. Məhs lokal hesaba keçərək komputerinizdə hal-hazırdakı ayarlar, müxtəlif quraşdırılmış proqramların parametrləri və əlbətdəki Mənim Sənədlərim (Мои документы) qovluğu toxunmaz olaraq qalacadır.

Bu üsulu həyata keçirmək üçün isə, sizdən aşağıdakı bəndləri bir bir tədbiq etməyi tələb olunacaqdır. Odur başladıq:

  1. İlk öncə ayarlar panelinə daxil oluruq (Charms) «Параметры» — «Изменение параметров компьютера» — «Учетные записи» kimi keçirik.
  2. Yuxarıda siz öz hesabınızın adını və email ünvanını görəcəksiniz.
    disconnect-from-microsoft-account[1]
  3. E-mail ünvanın həmən aşağısında «Отключить» görəcəksiniz. Klikləyirik.
  4. Bu zaman sizdən lokal istifadəçi hesabına keçmək üçün şifrə tələb olunacaqdır. Microsoft hesabı şifrəsini daxil edirik.
    switch-windows-8-1-to-local-account[1]

Növbəti addımda siz artıq lokal hesab üçün bütün növ dəyişiklikləri edə bilərsiniz: məsələn adını dəyişib, şifrə təyin edə bilərsiniz. Hazırdır! Siz artıq Microsoft hesabından asılı deyilsiniz.

Əlavə məlumat

Yuxarıda təqdim etdiyimiz üsullardan səvayı, Microsoft şirkəti hesabının necə rəsmi olaraq tam olaraq bağlamaq mümkünlüyünü aşağıdakı linkdə paylaşıb. Bir sözlə siz həmən hesabla bu şirkətə məxsus olan bütün məhsullardan istifadə edə bilməyəcksiniz.

http://windows.microsoft.com/tr-tr/windows/closing-microsoft-account

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması