Windows 7 və 8-də əməli yaddaşı necə artırmaq olar? 0

Salam dostlar. Əgər komputer və ya noutbukda quraşdırımış RAM (əməli yaddaş) tez dolursa o zaman onun artırılması üçün ya daha çox yaddaşı olan versiyası ilə əvəz edəsiniz, yada bu məqaləni axıra kimi oxumalısınız. 🙂

Bəli bu gün biz RAM-ı Windows 78-də  birlikdə artıracağıq. Adətən bu proses 2 Qb və daha aşağı yaddaşı olan komputerlər üçün mütləq edilməlidir ki, həm proqram daha cəld işə düşsün həmdə sistem özü daha tez yükləsin. Adətən Windows özü RAM yaddaşı çatışmadıqda əlavə olaraq Sərt diskdən müəyiyən yer götürərək öz işini yerinə yetirə bilir.

Rus dilində “Файл подкачки” kimi tanınan bu termin azərbaycan dilində əlavə əməli yaddaş kimi işlədilməkdədir. Adından görüldüyü kimi, RAM öz yaddaşını həm yaratdığı ehtiyyat faylı ilə öz işini sürətləndirə bilir. Bunun üçün C: diskində mütləq müəyinə qədər yerin olması zəruridir.

Başladıq

İlk öncə Пуск düyməsinə sıxırıq və sağ sütünda Компьютер yazısının üzərində siçanın sağ düyməsini klik edib Свойства bəndinə keçirik.

00[1]

WINDOWS 8-də də analoji olaraq edirik.

01[1]

Açılmış pəncərədə sol tərəfdə Дополнительные параметры системы keçidini klikləyirik.

02[1]

Yeni pəncərədə ilk öncə Дополнительно alt pəncərəyə keçirik, buradan Быстродействие bölməsinin tam sağ tərəfindəki Параметры düyməsini klikləyirik.

03[1]

Yenə keçirik Дополнительно alt pəncərəsinə və ən aşağıdakı Изменить düyməsini klikləyirik.

04[1]

Yeni pəncərə açılacaqdır. Bütün məsələ elə həmən pəncərədə olacaqdır. Burada faktiki istifadə edilən yaddaşın və onun xassələri göstəriləckdir. Burada ilk öncə C diskini seçirik, Указать размер yazısını aktiv edirik və xanalara əlavə artırmaq istədiyimiz yaddaşı daxil edirik: məsələn: 1024=əlavə 1GB, 2048=2GB və s. Sonra Задать düyməsini sıxırıq. Sistem sizdən komputerin söndürüb yenidən çalışmağını tələb edəcəkdir. Ok düyməsini sıxıb və bütün pəncərələri bağlayıb komputeriniz yenidən çalışdırın.

05[1]

Gördüyünüz kimi, RAMın yaddaşını heç komputerin önündən çəkilmədən də artırmaq mümkündür və bunu ən sadə istifadəçi belə edə bilər.

Bundan başqa, siz təkcə bir diskdən deyil, bir neçə diskdən ramın yaddaşını artıra bilərsiniz. Bəzən sistem özü tələb olunan yeri həmən pəncərədə Рекомендуется sözünün önündəki yaddaşla bildirir.

06[1]

Öz praktikanızla bizimlə bölüşün. Uğurlar!

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

2 şərh

  1. Terlan

    bunu XP-de elemek olar?

    1. Bəli mümkündür. Aşağıdakı şəkillərə diqqət yetirin:

      1
      2
      3
      4
      5
      6
      7
      8
      9

Şərh forması