Windows sistem səhvi pəncərəsindəki yazıları necə kopyalayaq? 0

Əgər Windows əməliyyat sistemində hər hansısa xəta baş verirsə, bu zaman sistem avtomit olar xüsusi pəncərələrdə bu səhvi göstərir. Xəta pəncərəsində yazılan məlumatı yoxlamaq üçün adətən internetə müraciyət edirik və pəncərədə yazılan yazıları ənəvi üsulla kopyalamaq olmadığından məcbur qalıb klaviaturada daxil edirik. Bəs necə edək ki, həmən yazıları asanlıqla kopyalıyaq. Windows 7-də bu alət artıq quraşdırılıb.

  1. İlk öncə mətn redaktorunu açırıq: Bloknot, Word və s.
  2. Sonra xəta pəncərəsinin üzərinə klik edirik və Ctrl+A düymələrini sıxırıq ki, güya biz bütün mətni seçək. Əslində isə vizual olaraq siz həmən mətn seçimini görməyəcəksiniz.
  3. Sonra Ctrl+C düymələrini sıxırıq ki, “seçilmiş” mətni kopyalaq.
  4. Keçirik Mətn redaktoruna və orada Ctrl+V düymələrini sıxırıq. Və xəta pəncərəsində olan bütün yazılar avtomatik olaraq mətn redaktorunda görsənəcəkdir.

Sonra siz həmən səhvin həllini internetdə axtara biləcəksiniz. Aşağıdakı şəkillərdə siz həmən prosesi vizual olaraq görə bilərsiniz.

sistem_error1[1]

sistem_error2[1]

+ BONUS: Bəs Əmrlər pəncərəsində kopyalamanı necə edək?

Əmrlər sətri (Командная строка) Windows sisteminin ayrılmaz hissəsi olub, sistem və onun hissələrinin diaqnostikası və fayllar, qovluqlar və şəbəkənin idarə edilməsində geniş istifadə olunan proqramdır. Əmrlər sətri ilə işləyərkən çox vaxt müəyyən bir hissəsini kopyalamaq ehtiyac olur. Lakin ənənəvi olan kopyalama üsulları buradada işləmir. Bəs nə edək?

Əmrlər sətrində hər hansısa bir əmri kopyalamaq üçün ilk öncə onu seçməliyik. Bunun üçün:

  • Pəncərənin ən yuxarı sol küncündəki işarənin üzərinə klik edin və ya Alt+boşluq düymələrini sıxırıq;
  • Açılmış kontekst menusunda «Изменить» bəndinə klik edib, açılmış subbəndə «Пометить» bəndini klikləyirik
  • Sonra bizə lazım olan hissəni qaralayıb Enter düyməsini sıxırıq.

sistem_error3[1]

Prosesi daha da asanlaşdırmaq üçün Əmrlər sətrinin ayarlarına daxil olub Siçanla seçim funksiyasını aktivləşdirmək olar. Bunun üçün yenidən pəncərənin ən yuxarı sol küncündəki işarənin üzərinə klik edirik və kotekst menudan «Свойства» bəndini klikləyirik. Açılmış yeni pəncərədə «Выделение мышью» bəndini işarələyərək aktivləşdirik.

sistem_error5[1]

sistem_error4[1]

İndi siz siçanla rahat Əmrlər sətri pəncərəsində istədiyiniz yazıları seçə biləcəksiniz və kopyalamaq üçün isə Enter-i sıxmaq kifayət edəcəkdir.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması