Windows 10-da şəkilləri necə köhnə qayda ilə açaq 0

Windows 10-da şəkillər yeni proqramda açılır və bu sistemin yeni istifadəçiləri üçün bu bir az çətinlik törədir. Bəs necə edək ki, Windows 7-də öyrəşdiyimiz şəkillərə baxış proqramanı geri qaytaraq.

Susmuş halda Windows 10 sistemində şəkillərə əvvəlki sistemlərdəki kimi baxış proqramı yoxdur. Yəni əgər Windows 7 və ya 8.1 sistemlərində şəklə baxış proqramını .exe file kimi axtarıb təyin etmək olurdusa, yeni sistemdə bu alınmayacaqdır.

Bəs nə edək?

Əslində Windows 10-da şəkillərə baxış sisteminə cavab verən dll fayl olan photoviewer.dll silinməyib, sadəcə onu həyata keçirən .exe proqramı sistemdən götürülüb. Lakin onu bir icraedici proqram kimi işlətmək istəyiriksə, o zaman sistemin reyestrinə müvafik açar əlavə etməliyik.

Bunun üçün sadə bloknot proqramını işə salırıq və aşağıdakı kodu həmən mətn faylına kopyalıyırı.

Sonra həmən mətni файл (file) — сохранить как (save as…) kimi yaddaşa verin. Yaddaşa verərkən «Тип файла» (Faylın növü) sətrində «Все файлы» (Bütün fayl növü) seçib faylın adını photo-viewer.reg kimi təyin edib yaddaşda saxlayırıq.

save-reg-file-for-photo-viewer[1]

Yaddaşa verdiyimiz reyestr açarının (mətn faylın) üzərində siçanın sağ düyməsni klik edirik və açılmış kontekst menudan «Слияние» (birləşdirmə) bəndini klikləyirik.

merge-registry-file[1]

 

Reyestrə dəyişiklik edilməsi haqqında çıxan xəbərdarlıq pəncərəini təsdiqlədiyiniz kimi artıq bizə lazım olan «Просмотр фотографий Windows» (Windows-un şəkillərə baxış sistemi) proqramı hazır olacaqdır.

Yoxlamaq üçün şəkil faylın üzərinə siçanın sağ düyməsini klik edirik «Открыть с помощью» (köməyi ilə açmaq) — «Выбрать другое приложение» (Başqa proqramı seçmək) kimi keçirik.

use-old-photo-viewer-windows-10[1]

Açılmış təklif pəncərəsində «Еще приложения» (daha çox proqram) bəndini klik edirik və «Просмотр фотографий Windows» seçirik.  «Всегда использовать это приложение для открытия файлов» (Faylları açmaq üçün bu proqram həmişə istifadə edilsin) yazısının önünü işarələmiyi unutmuruq və Ок düyməsini sıxırıq.

windows-photoviewer-default-app[1]

Təsüflər olsun ki, hər təsvir formatı üçün prosedürün ikinci hissəsini təqkrarlamaq lazım gələcəkdir. Nə edək hər yeni sistem öz yenilikləri ilə bizi təcübləndirir.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması