Windows-da silinməz qovluğu necə yaradaq 3

Windows sistemində ənənəvi üsuldan fərqli olaraq silinməz qovluğun yaradılması qayadlı fərqlidir. Bunu etmək üçün müxtəlif proqranlardan istifadə etmək mümkündür. Və proqramla edildiyi təqdirdə mənfi cəhətidə odur ki, proqramı sildikdən sonra qovluq öz silinməz xassəsini itirəcəkdir.

Bunun üçün ümumiyyətlə proqram axtarmaq lazım deyildir, çünki sistemdə bu funksiya artıq mövcuddur. Sözügedən qovluqları yaratmaq üçün sistemin DOS üçün rezervasiya edilmiş adlarından istifadə etmək lazımdır:  AUX, CON, COMx, NUL, PRN və ya LPTx  x — burada 1-dən 9-a kimi olan rəqəmdir).

İşə başlamaq üçün əmrlər sətri proqramını çağırırıq. Bunun üçün  Win + R  düymələrini sıxıb, açılmış pəncərədə cmd daxil edirik və ya Пуск Start düyməsinə klik edib axtarış yerinə cmd yazıb Enter düyməsini sıxırıq:

vipolnit

İndi aşağıdakı əmri Əmrlər Sətrinə daxil edərək silinməz qovluq yaradırıq::

Məsələn:

md \\?\c:\temp\PRN\
və ya
md \\.\c:\temp\CON\

cmd_sozdat

Nəticədə əmrdə göstərilən yerdə «PRN» və ya «CON» adlı qovluq yaranacadır. Bizim misalımızda bu C dsiki, temp qovluqu və içində yerləşəcək «PRN» və ya «CON» qovluğu.

Qovluğun işində nə istəsəniz etmək mümkündür: faylları kopyalamaq, köçürmək və hətda hamısını sıilmək, lakin əsas qovluğu silmək mümkün olmayacaqdır.

Bilirsiz, sistemdə nə desəniz etmək mümkündür 🙂 Deməli qovluğu silmək istəyirsiniz? Bunun üçün yenə əmrlər sətri bizə kömək edəcəkdir.

Silinməz qovluğun adının dəyişdirilməsi əmri 

move \\?\c:\temp\PRN Новая папка
və ya
move \\.\c:\temp\CON Новая папка

Burada «Yeni Qovluq» sözünün əvəzinə öz qovluq adınızı yaza bilərsiniz.

Qovluğun silinməsi əmri

rd \\?\c:\temp\PRN\
və ya
rd \\.\c:\temp\CON\

cmd_ikinci

P.S.
Vəssalam! Artıq siz Windows-da necə sisilnməz qovluğun yaradıldığını bildiniz. Amma bunun özümə bor bilirem deməyə, silmə əmri ilə ehtiyatlı olun. Sonra silərsiz hansısa vacib qovluğu, yapışarsız yaxamdan. 🙂 Sizə uğurlar!

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

1 şərh

  1. Ziko

    Silinmeyen papqa yaratdim amma icine girmir. nece aca bilerem? indiden teşekkürler

Şərh forması