Daşına bilinən əməliyyat sistemi 9

Heç fləş qurğusunda özünüzə məxsus əməliyyat sisteminin olmasını istərdinizmi? Hər yerdə daşına biləcək və demək olar ki bütün komputerlərdə işlədilə bilinən bir sistem. Bu yazımızda sözügedən əs haqqında ətraflı danışacayıq.

Lazım olan qurğu və proqramlar:

  1. Yaddaşı 4Gb-dan artıq bir usb fləş qurğusu.
  2. Daşına bilinən əməliyyat sisteminin yüklənilməsi.

İlk öncə başlayaq Usb fləşdən. Mən öz nümünəmdə istifadə edəcəyim fləş qurğusu 8 GB həcmindədir. Fləşi taxırıq windows sistemi ilə işləyən komputerə və onu format edirik.

1

Fləş qurğusu format olunduqdan sonra keçirik əməliyyat sisteminin yüklənilməsin.

Sözüqedən əməliyyat sistemimiz Porteus adlanır. Sistem Linux əsasında yığılmışdır və həcmcə çox az, lakin funksionallıqdan heçdə geri qalmır.

Üstün cəhətləri:

  • Heç bir virus qorxusu yoxdur,
  • Bir başa usbdən yüklənə bilinir
  • Çox praktikdir
  • Heçvaxt donmur!
  • Bütün müasir komputerlərdə sürücüsüz işləyir

İlk öncə keçək porteus saytına: http://build.porteus.org/

Açılmış səhifədə bizdən öz əməliyyat sistemimizi yığmaq üçün müxtəlif seçimlər təqdim olunacaqdır. İlk öncə hansı bitlik sistem olmasını seçirik. Məsləhət görərdim 32bit seçəsiniz.

2

Sonra bizi maraqlandıran sahələrdən biri Select your desktop (öz iş stolunu seç) bəndi olacaqdır. Sistem tərtibşilər bizə sistemin iş stolunun 4 versiyasını təqdim edirlər: KDE4, LXQt, MATEXFCE.

3

KDE4 nümünəsi:

snapshot1

LXQt

lxqt-full

MATE

mate

XFCE

xfce-2.0-screen1

Mən KDE4 seçib növbəti bəndə keçirəm. Mənə lazım olan Modules sahəsidir. Burada mən öz sevimli brauzerimi, Linux sistemində Microsoft Office proqramının analoqu olan LibreOffice proqramını və Skype mesenceri seçib keçirəm növbəti bəndə.

4

Bizə lazım olacaq sonuncu bənddə komputerin sürücülərinin seçimidir. Linux sisteminin bir özəlliyi ondadır ki, siz heç bir əlavə sürücü (driver) yükləmək məcburiyyətində deyilsiniz. Sonra printer dəstəyi moduludur ki, burda da öz istəyinizdən asılı olaraq seçə bilərsiniz. Mənim nümunəmdə printer seçilməyib.

Bundan başqa siz əməliyyat sisteminizin necə MB həcmində olacağını həmən dəqiqə görəcəksiniz. Sonda BUİLD düyməsini sıxaraq linkin hazırlanmasını gözləyirik. Hazırlanmış Download link yazısına klik edib iso faylını yükləyirik.

5

PORTEUSUN HAZIRLANMASI

Yüklədiyiniz iso faylını WinRar proqramı ilə açırıq. Orada boot, porteus, [BOOT] qovluqları olacaqdır.

6

Onları eyni ilə format etdiyimiz USB fləşimizə köçürürük. Köçürdükdən sonra daxil oluruq boot qovluğuna və Porteus-installer-for-Windows proqramının üzərində siçanın sağ düyməsinə klik edərək administrativ hüqüqları ilə işə salırıq.

7

Açılmış cmd pəncərəində hər hansısa bir klaviatura düyməsini sıxırıq və prosesin tamamlanmasını gözləyirik. Proses tamamlandıqda yenədə hansısa bir düyməni sıxırıq.

8 9

Vəssalam! Artıq usb fləşin köməyi ilə komputeri söndürüb yenidən işə saldığınız zaman boot selection menusunda öz usb quğunuzu seçib Enteri sıxırsınız.

Növbəti yazımızda bu əməliyyat sistemi haqqında geniş məlumat verəcəyik.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

2 şərh

  1. Ziya Məmmədov

    Salam. Dediyiniz üzrə bütün şərtləri elədim. Amma boot da nəsə səhv baş verdi. İndi komputer heç hard diskide boot etmir. Aşağıdakı informasiya əks olunur. Həll yolunu bilirsinizsə xahiş edirəm deyəsiniz.

    SYSLİNUX 4.06 EDD 2012-10-23 copyright (c) 1994-2012 H. Peter Anvin et al
    ERROR: No configuration file found
    No DEFAULT or Uİ configuration directive found!
    boot:

  2. Daxil olun BIOSA və ayarları Default vəziyyətinə gətirin və F10 düyməsini sıxaraq yaddaşa verin. Bu proses heç bir halda komputerə zərər yetirə bilməz, çünkü bütün proses fləş yaddaşı üzərindən aparılır.

Şərh forması