Michael Jackson virusu 0

İnternetdə bu tələyə düşməyin!

Xakerlər bu dəfə Michael Jackson virusları hazırladı. Virusun həddindən artıq çox növünün olması kompüterin virusa yoluxma ehtimalını artırır. Diqqət!
Pop ulduzu Michael Jacksonun ölümünü fürsət bilən kompüter xakerləri, məşhur müğənni ilə əlaqədar hazırladıqları spam və virusları kompüter istifadəçilərinə göndərməyə başladı.

Ölümünün rəsmi olaraq açıqlanmasının ardından bütün dünyada milyonlarla pərəstişkarı, Jacksonun ölümü və həyatı ilə əlaqədar detallı məlumatlara malik olmaqdan ötrü internetə oturarkən, xakerləri da boş dayanmayaraq bu marağı öz xeyirlərinə istifadə etmək üzrə hərəkətə keçdi.

AÇMAYIN: JACKSONin ÖLÜMÜNÜN PƏRDƏ ARXASI, SAXLANAN GERÇƏK

Xakerlər, əhəmiyyətli bir gəlir qaynağı olan, istifadəçinin istəyi xaricində özünə göndərilən elektronik məktub olaraq da adlandırılan Spamlardan milyonlarlasını, “Jacksonun ölümünün pərdə arxası, Gerçək Səbəbi, Saxlanan Gerçək” kimi başlıqlarla kompüter istifadəçilərinə göndərməyə başladı. Bu cür məktubların böyük hissəsi, istifadəçinin kompüterinə zərər verməkdən daha çox elektronik məktub ünvanlarını toplamaya istiqamətli hazırlandı.

ŞƏKİLİN DAVAMINDA TROYAN VİRUSU GİZLƏNMİŞDİR

Ancaq bu spamların bəzilərinin içərisinə yerləşdirilmiş troyanlar isə kompüterlərə ciddi mənada zərər verə biləcək növdə hazırlanmışlar.. Görünüşcə son dərəcə normal olan və Jacksonun yüksək effektli fotoşəkil və videosunun əlavə olunduğu elektronik məktub açıldığı zaman troyan istifadəçinin xəbəri olmadan kompüterinə yerləşə bilir.

QURBAN OLMAYIN: YAYIMLANMAMIŞ ŞƏKİLLƏR

Bəzi xakerləri isə “Fishing” olaraq da adlandırılan saxta internet saytları hazırlayaraq istifadəçiləri “Jacksonun heç yanda yayımlanmamış şəkilləri” kimi başlıq və linklər ilə bu saytlara istiqamətləndirməyə çalışır. İstifadəçilər bu sayta girdikləri zaman Script olaraq da ifadə edilən proqramlar arxa planda işə başlayır və istifadəçinin kompüterinə yoluxur.

LİNKLƏRƏ TIKLAMAYIN, FOTOŞƏKİLLƏRİ AÇMAYIN

İnformasiya mütəxəssisləri hücumlardan “qismən” qorunmaqdan ötrü, xüsusilə tanınmayan adam və ünvanlardan gələn şübhəli elektronik məktubları açmadan silmələrini və mesajlarda iştirak edən linklərə “tıq”lamamalarını təklif edirlər. Mütəxəssislər, ayrıca kompüterində Mozilla Firefox internet skaneri yüklü olan istifadəçilərə, bu skanerə xüsusi “NoScript” plug-inini də kompüterlərinə endirib yükləmələrini də tövsiyə edirlər.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması