HTML Təq < a > 1

Internet Explorer Chrome Opera Safari Firefox Android iOS
1.0+ 1.0+ 2.1+ 1.0+ 1.0+ 1.0+ 1.0+

Spesifikasiya

HTML: 3.2 4.01 5.0 XHTML: 1.0 1.1

Təsviri

təqi HTML proqramlaşdırma dilində ən vacib kod olub keçidlərin yaradılması üçün istifadə edilir. Kodda istifadəsindən asılı olaraq iki əsas funksiyanı yerinə yetirir: keçid və yakor. Keçid üçün href, yakor üçün isə name atributlarını qəbul edir. Keçiddən fərqli olaraq, yakor səhifəni dəyişmədən bir hissədən digərinə keçmək üçün istifadə edilir.

Məsələn: Əgər  kodunu deyək ki hər hansısa mətnin önünə yerləşdirib, yuxarı  kodunu sənədin aşağına yerləşdir sək, o zaman Yuxarı keçidinə klik etsək avtomatik olaraq  fraqmentin yerləşdiyi əraziyə keçid edə bilərik.

Keçidi yaratmaq üçün brauzerə düzgün keçid növü göstərmək lazımdır. Bütün keçidlər URL formatına olur. Keçidləri a təqinin href atribunu ilə təyin edilir. Keçidlər iki növə bölünür: mütləq və nisbi keçidlər. Məsələn:

•  – mütləq
•  – nisbi

Mütləq keçidlər hər yerdə və bütün növ html sənədlərində istifadə oluna bilər. Nisbi keçidlər adlarından bəlli olduğu kimi, müəyyən qovluğun və ya sayt kökünə əsasən təyin edilir.

Sintaksis

Atributları

• accesskey – Düymələr kombinasiyası ilə keçidin aktivləşdirilməsi.
• coords – Aktiv olan sahənin kordinatlarını bildirir.
• download – Keçid üzrə faylın yüklənilməsini təklifini bildiri.
• href – Keçidi həyata keçirləcəyi ünvanı təyin edilməsi üçün istifadə edilir.
• hreflang – Keçidin dilini müəyiyənləşdiri.
• name – Sənədin daxilində yakor adını təyin edir.
• rel – Cari sənədlə keçidi həyata keçirləcək sənədin münasibətini təyin edir.
• shape – Təsvirlər üçün aktiv istinad sahəsinin təyin edilməsi.
• tabindex – Tab düyməsini sıxaraq keçid ardıcıllığını təyin edilməsi üçün lazımdır.
• target – Açılacaq səhifənin və ya sənədin pəncərə və ya freym adı.
• title – Keçidə əlavə təsvir təyin edir. Lakin bu təsvir yalnız siçanı keçidin üzərinə gətirərək oxumaq mümkündür.
• type – keçidi həyata keçirilən sənədin MİME növünü göstərir.

Bağlayıcı təqin vacibliyi

Bu təq mütləq bağlanmalıdır. Bağlayıcı təq  kimi olur.

Misal

Qeyd

XHTML və HTML5 kodlaşdırılmasında name atributu əvəzinə id atributun göstərilməsini tələb edir.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması