Skype-da bilmədiyiniz funksiyalar 1

Bir çox insanlar skype-dan hər gün istifadə edirlər. Lakin əksəriyyəti sadəcə yaxınları ilə çatlaşmaq üçün, səsini duymaq üçün və ya görüntülü danışmaq üçün istifadə edilir. Amma Skype-ın funksiyaları tək bunlarla kifayətlənmir. Düşünürəm ki, aşağıdakı məqaləni oxuduqdan sonra skypenin bir çox sirlərini biləcəksiniz.

Mətn göndərdikdən sonra redaktə etmək

Lazımsız bir söz ya da səhv mətn göndərmisiniz? Bunu Skypeda çox asanlıqla etmək olar. Onuda qeyd etmək lazımdır ki, siz göndərdiyiniz andan 60 dəqiqə ərzində həmən mətni redaktə edə bilərsiniz. Bunu etmək üçün mətnin üzərində siçanın sağ düyməsinə klik edin və «Редактировать» bəndini seçirik.

edit-delete-skype-message[1]

Onuda qeyd etmək lazımdır ki, yazışmalar serverdə saxlandığı üçün yazılar avtomatik olaraq yazışmada iştirak edən bütün istifadəçilərdə dəyişiləcək. Lakin bir mənfi cəhəti odur ki, redaktə edilmiş mətnin önündə qələm işarəsi yaranır.

Videoməktub göndərmək

send-video-skype[1]

Adı videozənglərdən başqa siz kontakt siyahısında olan şəxslərə 3 dəqiqəlik videoməktub göndərə bilərsiniz. Adi videozəngdən bunun fərqi nədir? Əgər videonu göndərdiyiniz insan xəttə deyilsə, o skype daxil olan kimi videonuzu alacaqdır. Birdə onun videonu izləməsi üçün sizin xəttə olağınız vacib olmayacaqdır.

Skype-da öz ekranını dostunla paylaşmaq

show-screen-skype[1]

Bu funksiyanın bir mənfi cəhəti odur ki, siz tərəfdaş komputerin sadəcə monitorunu görürsünüz amma siçan ilə heç bir əməliyyat apara bilmirsiniz ki, bu da siz nəyisə yalnız danışıqla başa sala bilərsiniz. Üstün cəhəti isə odru ki, siz komputerinizə əlavə heç bir proqram drayver və s. yükləmək lazım deyildir.

Eyni anda bir neçə skype proqramının istifadə olunması

Əgər ekranda və ya Start menyusunda Skype proqramını linkinə (yarlık) klik etsəniz o avtomatik olaraq artıq istifadə olunan və aktiv skype proqramını açacaqdır. Bəs necə edək ki, bir komputerdə bir neçə skype hesabını işlədək?

Ekranda boş bir yerdə siçanın sağ düyməsinə klik edirik və ilk olaraq «Создать» bəndini seçib sonra isə «Ярлык» seçirik. «Обзор» düyməsinə klik edib Skype proqramının yerləşdiyi qovuğu açıb skype.exe tədbiqini seçirik. Sonra bir boşluq buraxıb /secondary əmrini daxil edirik.

several-skype-instances[1]

İndi bu yaradılmış linkə (yarlıka) iki dəfə klik etsəniz tamamılə yeni bir skype nüsxəsi aça bilərsiniz. Onuda deyim ki, siz həmən linkə klik edərək ürəyiniz istədiyi qədər skype proqramarını aça bilərsiniz.

Skype-da danışığın mp3-ə yazılması

Sonuncu maraqlı skypenın imkan danışığın mp3 formatında yazılması. Skypeda çox qəribədir ki bu funksiya yoxdur, lakin MP3 Skype Recorder proqramın köməyi ilə siz bu boşluğu doldura bilərsiniz. Proqramı yükləmək üçün saytımızdan və ya proqramın rəsmi səhifəsindən əldə edə bilərsiniz:

mp3-skype-recorder[1]

Ümüd edirəm ki, Skype haqqında bildiklərimi tam olaraq sizinlə paylaşdım. Əgər sizdə skypela bağlı maraqlı sirlər və ya məlumatlar olsa şərhlə bizə yaza bilərsiniz.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

1 şərh

Şərh forması