TeamViewer proqramı lisenziya tələb etdikdə 0

Salam əziz oxucular. Bir çoxlarınız Teamviewer proqramının nə üçün istifadə edildiyini yəgin bilirsiniz. Bilməyənlər üçün – Teamviewer proqramı hər hansı bir komputeri məsafədən idarə etmək üçün istifadə olunur. Məsələn dostunuza kömək lazımdır. Dostunuza komputerlə bağlı telefonla nəyi necə etməyi başa salırsınız. Amma Teamviewer proqramının köməyi ilə isə siz evinizdən köməyi özünüz edə bilərsiniz.

Keçən həftə bir dostuma kömək lazım idi. Mən ona sözü gedən Teamviewer proqramını aktiv etməyini xahiş etdim. Lakin sözügedən proqramın lisenziya müddəti bitmişdir. Bu mənim üçün qəribə idi, çünki mən proqramı pulsuz olaraq bir neçə ildir ki istifadə edirəm.

Məsələ il bağlı internetə üz tutdum və çox maraqlı bir məqalə ilə rastlaşdım. Deməli əgər ilk dəfə quraşdırarkən Teamviewer proqramını komputerinizə коммерческое использование bəndini işarələmisinizsə o zaman proqram komputerinizə komersiya xarakterli kopyasını quraşdırmış olacaqdır. Müəyyən müddətən sonra isə sizdən lisenziyanın artıtılmasını tələb edəcək.

Proqramın silinib yenidən yazılmasıda kömək etmədi. Nə edək? Cavabı aşağıdakı məqalədə

1. Пуск -> Панель управления -> Удаление программы daxil oluruq. Proqramlar siyahısında TeamViewer proqramını tapırıq və komputerimizdən silirik.

2. Proqram silindikdən sonra yenədə Пуск düyməsinə klik edit axtarış sahəsində Regedit sözünü yığıb Enter düyməsini sıxır. Açılmış reyestr pəncərəsində Ctrl+F düymələrini sıxıb axtarış pəncərəsinə teamviewer sözünü yığıb axtarırıq. Bu ad ilə bağı olan sətrləri silirik.

3. Proqramı rəsmi saytından yenidən yükləyirik və komputerimizə quraşdırırıq. Diqqət edirik ki, quraşdırma prosesi zamanı «личное/некоммерческое использование» bəndini seçəsiniz. Başqa bəndi seçmiş olsanız problem təkrarlanacaqdır.

Əgər gələcəkdə proqramı böyük şirkətlərdə istifadə etmək fikrindəsinizsə, o zaman sizə məsləhətimiz komersiya xarakterli istifadə üçün lisenziyanı əldə edəsiniz.

Proqramla bağlı bütün suallarınızı aşağıdakı formadan soruşa bilərsiniz.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

1 şərh

  1. hecer

    cox sag olun komeyiniz deydi…

Şərh forması