Chrome brouzerinin daxili keçidləri və onların təyinatları 0

Google_Chrome_icon_(2011)[1]Google Chrome brauzeri Mozilla Firefox və ya Opera brauzerlərindəki kimi, müxtəlif daxili keçidlərdən istifadə edərək proqramın müxtəlif funksyalarına dax olmaq olur. Yükləmələr səhifəsindən tutmuş saytların keş yaddaşına kimi məhs bu keçidlərlə baxmaq olur.

Keçidlərin arxitekturası çox sadə qurulmuşdur: bütün digər url keçidlərindən fərqləndirmək üçün Google öz brauzerində ayrıca olaraq chrome:// adını təyin etmişdir. Neca ki, saytlara daxil olmaq üçün http:// və ya https:// protokollarında istifadə ediriksə, Chrome-nin keçidlərində bu chrome:// kimi istifadə edilir.

Aşağıda təqdim etdiyimiz bütün keçidləri brouzerinizdə chrome://chrome-urls kimi yığaraq daxil ola bilərsiniz. Onuda qeyd etmək istərdim ki, aşağıdakı siyahı sayca brouzerinzdə adres keçidindəki görəcəyiniz chrome keçidləri sayı fərqlənə bilər.

Chrome keçidlərin siyahısı

 

  • chrome://appcache-internals – Appchache saytlar haqqında məlumat və onların istifadə etdiyi yaddaş.
  • chrome://bookmarks – Brauzerin yaddaşa verilən saytlar menecerini açır;
  • chrome://cache – brauzerin kəş yaddaşına atılmış bütün veb səhifələri, şəkilləri və skriptləri göstərir.
  • chrome://components – brauzerin komponentlərini göstərir;
  • chrome://credits – brouzerdə istifadə olunan müxtəlif texnologiyalar və müəlliflik hüquqları;
  • chrome://dns – Saytlar üzrə DNS statistikalarını göstərir;
  • chrome://downloads – Brauzrin köməyi ilə yüklədiyiniz bütün faylların siyahısı göstərir;
  • chrome://extensions – Chrome brauzerinə əlavə edilmiş artırılmaları göstərir;
  • chrome://flags – brauzerin xüsusi incə ayarları (Diqqət! bu ayarları məzmunu bildiyiniz halda aktiv və ya deaktiv edin.)
  • chrome://flash – Google brauzerin Flash texnologiyası ilə integrasiyası məlumatları;
  • chrome://gpu – video plata haqqında məlumatlar və dəstəkləyən funksiyanallar səhifəsi;
  • chrome://history – brauzerdə açılmış bütün saytların tarixçəsi;
  • chrome://system – brauzerin versiyası haqqında;
  • chrome://inspect – səhifələrin, ayarların və artırılmaların yoxlanışı səhifəsi;
  • chrome://media-internals – hər hansı bir media fayl oxutdurduqda və ya videoya baxdıqda burada string məlumatlarını göstərir;
  • chrome://memory – brauzerin proseslərini göstərir. Bundan başqa siz burada digər brauzerlərin proseslərinin yaddaşını göstərir.
  • chrome://nacl – Google Chrome brauzerinin NaCl plugin-i haqqında tam məlumatlar;
  • chrome://net-internals – Şəbəkə və bağlantı barəsində geniş məlumatın alınması səhifəsidir;
  • chrome://newtab – Yeni səhifə açmaq üçün istifadə edilir;
  • chrome://omnibox – Omnibox – məlumatı google-da yığmadan bir başa url sətrinə daxil etdikdə avtomatik seçənəklərin təqdim olunmasıdır;
  • chrome://plugins – bütün plaqinlərin və onların hal-hazırdakı statuslarını göstərir;
  • chrome://policy – Hal-hazırda brauzerdə aktiv olan bütün qaydaları göstərir;
  • chrome://predictors – əvvəlcədən yaddaşda olan saytlara və ya omnibox sistemindən istifadə edərək bütün daxil etdiyimiz məlumatların tarixçəsi;
  • chrome://profiler – java skriptlərin icrasının profilləşdirilməsi;
  • chrome://print – Print et görünüşünün çıxarılması;
  • chrome://quota-internals – Chrome-nin profil qovluğu üçün azad yaddaş həcmini, istifadəsini və kvotasını göstərir;
  • chrome://signin – Google hesabı ilə Chrome brauzerinizə daxil olmaq (Super funksyadır);
  • chrome://settings – brauzerin əsas ayarlar səhifəsini açır;
  • chrome://sync-internals – brauzerin sinxronizasiya tam detallarını göstərən səhifə. (yalnız əgə sinxronizasiya aktivdirsə);
  • chrome://terms – Google Chrome brauzerin isifadəçi qaydaları haqqında;
  • chrome://tracing – Brauzerin fəaliyyətini qeydiyyata alır. Amma bu funksiyanı aktiv etməniz lazımdır ki, fəaliyyət yazılma prosesi getsin;
  • chrome://version – Chrome-nin versiyasını və digər faydalı məlumatları göstərir.
  • chrome://view-http-cache – İnternetdə surfing etdiyiniz zaman sizin görmədiyiniz, lakin avtomatik kəş olan internet resursları.

Əksər keçidlər əsasən developerlər üçün faydalı ola biləcəyini düşünürük. Amma sadə istifadəçilərdə bəzi keçidlərdən istifadə etdiklərinə əminik. Bütün hallarda sevimli brauzerimizin tam bir “tank” olmasına heç bir şübhəmiz yoxdur.

Keçidlər Chrome brauzerində istifadəçinin prinsipial istifadəsi üçün nəzərdə tutlmadığı üçün gələcək versiyalarda dəyişə də bilər.  Saytlara rahat, təhlükəsiz və tez daxil olmaq istəyirsinizsə, CompBoard komandası olaraq Google Chrome brauzerindən istifadə etməyinizi məsləhət görürəm.

Chrome Brouzerini Yüklə

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

1 şərh

  1. Anar

    Məlumatlar üçün çox sağolun!

Şərh forması