WhatsApp haqqında ən böyük məqalə və ya bu nədir? 0

l20766-whatsapp-icon-logo-64407[1]WhatsApp — Smartfonlar üçün ani mesajlaşma mübadilə sistemidir. Mətn mesajlarını, təsvirləri, videonu və audionu göndərməyə imkan verir. Müxtəlif platformalarda quraşdırmaq mümkündür.

WhatsApp sistemi – bu necə işləyir?

WhatsApp dəyişdirilmiş Extensible Messaging and Presence Protocol (XMPP) protokolundan istifadə edir. Smartfona quraşdırılarkən s.whatsapp.net serverində qeydiyyatdan keçmək üçün (Məsələn: [sizin nömrəniz]@s.whatsapp.net). Android versiyasında şifrə əvəzinə smartfonun İMEİ kodunun modifikasiyalı MD5-xeş kodundan istifadə edir, iOS versiyasında isə MAC adresin MD5-xeş kodunu şifrə əvəzinə istifadəçini serverdə qeydiyyatdan keçirir.

Multimediya məktubları HTTP serverə videonun, şəklin və audio faylın yüklənməsi ilə göndərilir. Əlbətdəki bütün multimedia göndərişləri Base64 kodlaşdırılması ilə göndərilir.

WhatsApp avtomatik olaraq telefonun adlar (rəhbər) menusunda olan bütün telefon nömrələrini serverlə sinxronizasiya edir və avtomatik olaraq proqramda qeydiyyatdan keçmiş adları göstərir.

WhatsApp-ın rəsmi saytına əsasən proqramın komputer versiyası mövcud deyildir.

WhatsApp-ın server proqram təminatı Erlang-da yazılmışdır.2012-ci ilin yanvarında WhatsApp serveri FreeBSD əməliyyat sistemindən istifadə edirdi. Serverlərdə 96 QB həcmli Əməli yaddaşlar quraşdırılmlşdır.

Təhlükəsizlik

2011-ci ildə proqramın təhlükəsizliyində boşluğun olması barəsində məlumat verilmişdir. Bu problem açıq qalan istifadəçi arasında yazışmaların sessialara əsasən oğurlanmasıdır. Yazılar şifrələnmədiyi üçün bütün yazışmalar açıq mətnlə aparılır – bu da paketlərin izlənilməsi ilə asanlıqla oxuna bilərdi.

2011-ci ilin sentyabr ayında WhatsApp iPhone üçün təqdim etdiyi yeni versiyasında sözü gedən boşluğu aradan qaldırdı.

2012-ci il 6 yanvarında müəmmalı bir xaker WhatsAppStatus.net adlı sayt açdı ki, bu da istifadəçinin statusunu avtomatik olaraq özü dəyişirdi. Bunun üçün sadəcə istifadəçinin mobil nömrəsi və proqramı bağlayıb yenidən işə salmaq kifayətdir. Xakerin bildirdiyinə görə bu sadəcə WhatsApp-ın təhlükəsizliyində olan boşluqlardan biridir.

Yanvarın 9-da WhatsApp problemin həll olunduğunu bəyan etmişdir. Həlli o oldu ki, WhatsApp sahibləri xakerin yaratdığı WhatsAppStatus.net saytının İP adresini serverləri üçün blok etdi.

2012-ci il may ayında təhlükəsizlik araşdırmaçıları qeyd ediblər ki WhatsApp-ın yeni versiyalarında artıq açıq mətnlə məktubları göndərmək mümkün deyildir. Lakin sonradan məlum oldu ki, şifrədən istifadə etdiyi WhatsApp məktublarını yenidən oxumaq mümkün oldu.

2012-ci ilin 15 avqust tarixidən WhatsApp personalı əminliklə bildirdi ki, iOS və Android versiyalarında istifadə edilən bütün WhatsApp proqramları bir biri ilə rahat çatlaş bilərlər. Buna səbəbdə şirkətin güclü bir şifrələmə protokolunu işə saldığını söyləmişdir.

1407952610_10gteof1ti0fxns1mnwbhq[1]«İstifadəçilər və serverlərimiz arasında olan bütün növ yazışmalar şifrələnmişdir. Biz istifadəçi tərəfindən göndərilən məktubları serverimizdə saxlamırıq. Bütün göndərilən və qəbul edilən yazışmalar və multimediya faylları istifadəçinin smartfonunda saxlanılır.»
Jan Koum

 

2012-ci il sentyabr ayın 14-də alman texnoloji saytı olan The H API WhatsApp (WhatsAPI) köməyi ilə hər hansı hesabın oğurlanmasının mümkün olmasını nümayiş etdi. Bu məqalə çox böyük kritikaya səbəb oldu ki, hətta hüquqi müstəviyə qədər gəlib çıxa bildi. WhatsAPI bir neçə gün istifadəyə bağlı qaldı. WhatsApp texnikləri məsələni tam nəzarətə götürməyə müvəssəl oldular.

Qiyməti

WhatsApp-ın rəsmi klienti bütün dəstəklənən smartfonıar və telefonlar üçün yüklənmə və bir il müddətində istifadəsi tamamilə pulsuzdur. Növbəti il üçün istifadə etmək üçün isə sadəçə 99 ABŞ senti ödəməklə davam etdirmək olar. (0,99$)

Əvvələr, 2013-cü ilə qədər iPhone istifadəçiləri üçün proqramı AppStore-dan $0,99 almaq lazım gəlirdi ki, bu da növbəti ildə də pulsuz istifadə etmək imkanı yaradırdı.

WhatsApp proqramı şirkətə ödənilən 0,99 $ pulun köməyi ilə maliyələşdirilir. Gələcəkdə mikroodənişlərin və reklam banerlərin əlavə edilməsi gözlənilmir.

Facebook tərəfindən satın alınması

facebook-whatsapp[1]2014-cü il 19 fevral tarixində dünya WhatsApp-ın Facebook tərəfindən satın alındığı məlum oldu. Rəsmi məlumatlara əsasən WhatsApp Facebook şirkətinə $16 milyard dollara başa gəlmişdir ki, bu da 4 milyard dollar pulun nağd ödənilməsi və qalan daha 12 milyardının Facebook-un aksiyası ilə ödənişi nəzərdə tuturdu.

Sövdələşmənin sonunda sazişin 7 oktyabr 2014 tarixinə olan aksiya üçün qiymətlə sürətlə qalxaraq 22 milyard dollara çatmışdır. Şirkət bəyan edir ki, WhatsApp-ın yaradıcılarından biri Jan Koum şirkətin Direktorlar şurasına daxil olacaqdır. Facebookda əmindirlər ki, WhatsApp-ın satın alınması hər iki şirkət üçün çox uğurlu bir addımdır.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması