Windows 7 məlumat panelindən Skype-ni necə gizlədək 1

Yəgin ki, çoxlarınız Skype proqramını bağlamaq istərkən o sadəcə məlumat panelinə yığılır. Bəs necə edək ki, Skype proqramı diqər proqramlar kimi yalnız saatın yanındakı sahədə görsənsin. Bu məqaləmizdə  Windows 7 məlumat panelindən Skype-ni necə gizlədilməsi haqqında danışacağıq.

Bu məsələnin  iki həlli vardır: 1-ci Ayarların köməyi ilə, 2-ci isə Skype proqramının keçidinin dəyişdirilməsidir.

Ayarlarla başlayaq. Skype proqramını açırıq və Инструменты menusuna keçib Настройки bəndinə klik edək.

01[1]

Açılmış ayarlar pəncərəsində ilk öncə Дополнительно menusuna sonra isə Расширенные настройки bəndinə klik edirik. Sağ tərəfdəki siyahıda «Не убирать Skype из панели задач, когда я в сети» bəndinin önündən işarəni qaldırırıq və «Сохранить» düyməsini sıxırıq.

02[1]

Budur, indi mən Skype-ı x-lə bağlayan zaman paneldə qalmır və avtomatik olaraq saatn ətrafındakı mlumat sahəsində işarəsi görsənir.

03[1]

İkinci üsülda isə, skype proqramının keçidinin (yarlık) siçanın sağ düyməsi ilə bir dəfə klik edirik və açlmış əməliyyat menusundan «Свойства» bəndini seçirik.

04[1]

Burada «Совместимость» menusuna keçirik və «Запустить в режиме совместимости c:» bəndini işarələyirik. Aşağıdakı siyahıdan «Windows XP (пакет обновлений 3)» seçimini edib «ОК» düyməsini sıxırıq.

05[1]

Vəssalam. Proqramı həmən keçiddən başlada bilərsiniz. İndi proqram yalnız siz onunla işlədiyiniz zaman treydə görsənəcəkdir, digər hallarda isə məlumat sahəsində avtomatik gizlənəcəkdir.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması