Qovluq və faylları necə şifrələyək? 2

Mən əvvəl bir məqalə paylaşmışdım: Proqramsız qovluğa və fayla parol qoymaq və ya gizləmək. Bir neçə gün əvvəl çox maraqlı bir proqramla tanış oldum. Proqram tək qovluq deyil hətda bütün faylları belə şifrələyərək digər şəxslərin girişini və baxışını məhdudlaşdırır.

Bu gözəl proqramın adı AxCrypt-dir. Proqramın Windows versiyasını aşağıdakı keçiddən yükləyə bilərsiniz:

➲ 32- və ya 64-bit üçün AxCrypt Setup

Proqramın komputerə quraşdırılması çox asandır:

1 2 3 4

İstifadəsi

Proqram quraşdırıldıqdan sonra iş stolunda keçidi yaranmır. Buna heç ehtiyacda yoxdur. İstifadə etmək üçün sadəcə şifrələmək istədiyiniz qovluğun üzərində siçanın sağ düyməsini klikləyin və AxCrypt bəndində Шифровать funksiyasına klik edin.

01[1]

Açılmış balaca pəncərədə şifrə yazın (Şifrə istədiyiniz söz və ya rəqəmlər ola bilər). Şifrəni iki dəfə daxil etməyi unutmuruq.

02[1]

Super! Artıq qovluq şifrələnmişdir.

Daha dəqiq desək, proqram qovluğun tam özünü şifrələmir, buna görədə biz qovluğu rahat aça bilərik. Lakin içərisində olan faylları açmaq isə mümkün olmayacaqdır. Hətda hər bir fayla belə şifrəsiz nə baxmaq nə də deşifrə etmək mümkün olacaqdır.

03[1]

04[1]

Qovluğun içərisində olan bütün faylları deşifrə etmək üçün isə, həmən qovluğun üzərində siçanın sağ düymsinə klik edib AxCrypt seçimindən sonra – Расшифровать edirik.

05[1]

İndi biz asanlıqla Windows əməliyyat sistemində yerləşən bütün faylları açıq aşkar şifrələyə bilrik! 🙂

Bütün irad və təkliflərinizi gözləyirm!

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

1 şərh

  1. Super proqramdır, sadə və rahat. Təşəkkür edirəm.

Şərh forması