Windows qovluğunda Pdf fayların öncəli görünüşü 1

Susmuş halda Windows əməliyyat sistemində pdf fayllarının öncəli görünüşü sönmüş halda olur. Lakin bu tip faylların axtarışı zamanı əlavə proqramın işə salmamaqla pdf-in öncəli görünüşü bizə ilkin məlumatları bildirməkdə yardımçı olur.

Deyək ki, komputerinizdə müxtəlif şəkillərlə dolu qovluqlar vardır. Siz bir şəkli axtarmaqdan ötəri hər bir şəkli acmayacaqsınız ki. Sadəcə müvafiq menudan şəkillərin öncəli görünüşünü təyin edib, kiçik formatında tez axtarıb tapacaqsınız. Eyni ilə də pdf faylları üçündə etmək olar.

Bunun üçün «Win + R» düymələrini sıxıb «Выполнить» pəncərəsini açırıq.

Açılmış pəncərədə «Regedit» yazıb «ОК» düyəsini sıxırıq.

Açılmış reyestrin redaktəsi pəncərəsində aşağıdakı qovluqlar kimi keçirik: «HKEY_LOCAL_MACHINE \ SOFTWARE \ Wow6432Node \ Classes \ CLSID \ {DC6EFB56-9CFA-464D-8880-44885D7DC193}»

Sağ tərəfdə olan  «AppID» üzərinə iki dəfə klik edib parametri açın və orada olan {6d2b5079-2f0b-48ddab7f-97cec514d30b} kodunu bu kod ilə əvəz edin {534A1E02-D58F-44f0-B58B-36CBED287C7C}.

Məlumatı yaddaşa vermək üçün «OK» düyməsini sıxırıq.

Əgər Windows keçiricisində pdf fayllar əvvəlki kimi qalırsa, o zaman  qovluq panelindən görünüşü dəyişmək üçün «Упорядочить –> Представление –> Область предварительного просмотра» kimi seçməniz lazımdır.

PDF_view[1]

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması