Google Chrome-də şifrələr harada saxlanılır? 1

Brauzerdə şifrələrin yaddaşda saxlanılması çox gözəl funksiyadır. Hər dəfə şifrə tələb edən sayta daxil olduqda bir dəfə yaddaşa verilən loqin və şifrə ikinci dəfə tələb edilmir. Siz sadəcə daxil ol düyməsini sıxmaqla sayta daxil olursunuz.

Bəs əgər siz şifrəni unutmusunuz və digər brauzer və ya telefonla daxil olmusunuz o zaman necə həmən şifrəni öyrənməli? Məqaləmiz sizin üçün çox maraqlı olacaqdır.

Addım № 1. Google Chrome ayarlarının açılması.

İlk öncə biz Chrome-nin ayarlarına daxil olmalıyıq. Bunun üçün yuxarı sağ küncdəki işarəsinə bir dəfə klik etməliyik. Açılmış siyahıda Настройки bəndini klikləyirik. Brauzerin ayarlarını ünvan sətrinə chrome://settings/ keçidini yazaraq da daxil ola bilərsiniz.

030515_1211_1[1]

Addım № 2. «Пароли и формы» ayarlarının tapılması.

Sonrakı mərhələdə «Пароли и формы» ayarlarının tapılması olacaqdır. Bunun üçün ayarlar səhifəsini tam aşağıya kimi çəkin və ən aşağıda görəcəyiniz «Показать дополнительные настройки» keçidini klikləyin. Bu zaman əlavə ayarlar göstəriləcəkdir. Bu əlavə ayarlarda da siz «Пароли и формы» adlı bənd tapacaqsınız.

030515_1211_2[1]

Addım № 3. Yaddaşa verilən şifrələrin keçid siyahısı

Sonrakı mərhələdə «Пароли и формы» ayarına aid olan «Предлагать сохранять пароли для сайтов» bəndinin önündəki «Настроить» keçidi klikləyirik.

030515_1211_3[1]

Addım № 4. Bizə lazım olan şifrəni tapırıq

«Настроить» düyməsini sıxdıqdan sonra kiçik pəncərə açılacaqdır. Bu pəncərədə Google Chrome brauzerində şifrə tələb edən saytların siyahısı olacaqdır.

Əgər saytların siyahısı çoxdursa, sizə lazım olan saytın adını yuxarı sağ küncdəki axtarış formasına daxil edərək axtara bilərsiniz. Biz misal olaraq routerimizin İP ünvanını daxil etdik.

030515_1211_4[1]

Şifrəni göstərmək üçün isə seçdiyimiz keçidin üzərinə bir dəfə klik edib, yaranmış «Показать» düyməsini sıxırıq.

030515_1211_5[1]

Bu zaman yaddaşa verdiyiniz şifrə görsənəcəkdir. Bu siyahıda siz həmçinin yaddaşa verdiyiniz saytları silə bilərsiniz.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması