Windows-da istənilən həcmdə necə fayl yaradaq? 10

Bəzən hansisa sınaqlar üçün müxtəlif həcmdə fayl və ya fayllar lazım gəlir. Bunun üçün biz başlayırıq ya musiqi fayllarımızı yada şəkillərimizi həmən eksperimentdə istifadə etməyə. Bu məqalədə isə siz öz sevimli fayllarınıza toxunmayaraq Windows sisteminin cmd proqramı vasitəsi ilə istənilən həcmdə fayl yarada biləcəksiniz.

Ən tez və asan yolu isə cmd proqramında fsutil adlı əmrdən istifadə edərək faylı yaratmaqdı. Misal üçün flesh yaddaş cihazında (USB Fləşka) biz 1Gb həcmində filte.txt adlı fayl yaratmaq istəyirik. İlk öncə Windows + R düymələrini sıxırıq və cmd yazıb Enteri vururuq. Açılmış pəncərədə ilk öncə əməliyyatı yerinə yetirəcək fsutil yazırıq sonra nə yaradılacağımızı file creatnew yazırıq və sonda isə faylın harada yerləşəcəyini və həcmini göstəririk. Həcm baytla göstərilməlidir. (1GB = (1024*10240*1024) = 1073741824 bytes)

Məsələn:

fsutil file createnew E:\File.txt 1073741824

Özünə fayl heç bir kopyalanmaq və ya köçürmə əməliyyatı aparmadan dərhal yaradılır.

bigfile1

P.S. Sonra həmən faylı açmağa çalışmayın. Komputer dona bilər 😉

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması