WhatsApp haqqında tez-tez soruşulan 12 sual 14

Bir müddət əvvəl məşhur bir saytda maraqlı məqalə oxudum. Həmən məqalədə müəllif ona ünvanlanan WhatsApp haqqında sualları cavablamaqdan yorulduğunu bildirmişdi. Və məsələni bir dəfəlik həll etmək üçün Mənə WhatsApp haqqında verəcəyiniz 12 sual adlı məqalə yazmışdı. Həmən məqalənin müxtəsər formasını sizə təqdim edirəm.

SUAL № 1: Mən istəmirəm dostlarım mənim statusumu onlayn görsünlər. Bu mümkündür?

Xeyir.

Hətda istifadəçini bloka salsanız belə, o yenədə sizin onlayn olub olmadığınız görəcəkdir. Bunun yeganə çarəsi həmən istifadəçinin telefonundan öz nömrənizi silməkdir. İnternet üzərindəndə bu edilə bilinmədiyinə görə sizi statusunuzu tam gizdədə bilməyəcksiniz.

status-inline

SUAL № 2: WhatsApp istifadə edib görünməz olmaq olar?

Bəli.

Bunun üçün Android tələfonlarında “в самолёте” modunu aktiv edirsiniz və ya son ismarıcı açmamış telefonun internet paketini söndürürsünüz. Bu zaman sonuncu ismarıc oxunmamış kimi görsənəcəkdir.

Bundan başqa, Android telefonları üçün WhatShadow adlı proqram mövcuddur ki, bu da yazışmanı oxunmadığı kimi işarələyir.

iPhone istifadəçiləri üçün isə, bu çox sadə üsulla edilir: Çatın ayarlarını açırıq və “Статус онлайн” bəndini söndürürk.

SUAL № 3: Əgər mənim köhnə nömrəmi kimsə işlətsə, o mənim yazışmalarımı və ya əlaqə siyahımı görəcəkmi?

Xeyir.

Sizin əlaqə nömrələriniz və yazışmalarınız sizin telefonunuzda saxlanılır. Və sizin nömrə kiminsə əlinə düşsə, o zaman yazışmalarınızı oxumaq mümkün olmayacaq. Əgər sizin əvvəlki nömrəniz akrivləşsə, və həmən nömrəyə kimsə yazsa o zaman alan tərəf ismarıcın kimdən gəldiyini heç anlamayacaq.

Belə hallarla qarşılaşmamaq üçün məsləhət görərdim aşağıdakı əməliyyatları həyata keçirəsiniz:

  1. Yeni nömrənizi statusunuza yazın.
  2. Sizə yaxın insanları “Новая рассылка” funksiyası ilə xəbərdar edin xəbərdar edin.
  3. Və sondan hesabınızı silin.

novaya_rassilka

SUAL № 4: WhatsApp-dan öz hesabımı birdəfəlik olaraq silə bilərəmmi?

Bəli.

  • Android: Настройки > Данные акаунта > Удалить мой акаунт
  • iPhone: Настройки > Чаты > Дополнительно > Удалить мой акаунт
  • BlackBerry: Настройки > Данные акаунта > Удалить мой акаунт
  • Nokia: Опции > About > Данные акаунта > Опции > Удалить акаунт
  • Windows Phone: Настройки > Акаунт > Удалить акаунт

Hesabınızı silərkən siz avtomatik olaraq bütün yazışmaları silmiş olursunuz və üzvü olduğunuz bütün qruplardan silinmiş olursunuz.

delete

SUAL № 5: WhatsApp pulludur yoxsa pulsuz?

Pulsuz.

WhatsApp əvvəllər pullu idi və 1 illik bağlantı 0.99 dollar qiymətində hesablanırdı. Facebook tərəfindən satın alındığından sonra, proqram istifadəçilərinə ömürlük pulsuz bağlantı imkanını verdi.

SUAL № 6: Əlaqə siyahısından bərpa edilməmək şərti ilə istifadəçini silmək mümkündürmü?

Bəli.

İstifadəçini birdəfəlik WhatsApp siyahınızdan silmək üçün onun nömrəsini telefonun əlaqə siyahısından birdəfəlik silin. Əgər istəmirsinizsə sildiyiniz abonent sizi yenidən narahat etsin, o zaman silməmişdən öncə onu bloka salmağı unutmayın.

SUAL № 7: Göndərdiyim ismarıcların oxunub-oxunmadığını öyrənə bilərəmmi?

Bəli.

Növü Nə məna verir
одна серая галочка сообщение доставлено на сервер WhatsApp
✓✓ две серых галочки сообщение доставлено на телефон адресата
✓✓ две голубых галочки сообщение просмотрено (прочитано) адресатом
одна голубая галочка в групповом чате: каждый участник увидел сообщение

testing

SUAL № 8: İstifadəçi onun ban olunduğunu öyrənə bilərmi?

Xeyir.

Əslində çətinliklə də olsa şübhələnə bilər. Əgər istifadəçi digər istifadəçinin şəklini görmürsə, və ya göndərdiyi ismarıclar iki mavvi işarə ilə işarələnmirsə, ya istifadəçinin istifadəçilər siyahısında adı pozulub, ya da ban edilib.

SUAL № 9: Qrupu səssiz edib, lakin qrupdan gələn məktubları oxumaq olarmı?

Bəli. ne bespokoit

Qrupu səssiz etmək üçün Android telefonlarında Qrupun ayarlarına daxil oluruq, “Инфо о группе” menyusuna keçib “Не беспокоить” bəndini aktiv edirik.

 

SUAL № 10: Qrupa yeni qoşulmuş istifadəçilər əvvəlki yazışmaları oxuya bilərlərmi?

Xeyir.

Server ismarıcları saxlamadığı üçün qrupa qoşulan yeni istifadəçilər yalnız qoşulduğu andan sonra göndərilən yazıçmaları oxuya biləcəklər.

SUAL № 11: Əgər öz yazışmamdan ismarıc və ya şəkli silsəm, qarşı tərəfdə də həmən ismarıc və ya şəkil silinəcəkmi?

Xeyir.

Ehh, əgər belə asan olsaydı nə dərdimiz 🙁 İsmarıc və ya şəkli göndərən kimi həmən məlumat avtomatik olaraq yazışdığınız adamın telefonuna əlavə edilir. Bunun bir üsulu var ki, göndərdiyiniz an, demək olar ki bir saniyənin ərzində mobil telefonunuzda interneti söndürmə imkanını tapasınız. Bunuda etmək hər adamın işi deyil 😉

SUAL № 12: WhatsApp danışıqlarını qırmaq olar?

Xeyir. 

Bütün yazışmalar ən yüksək səviyyədə şifrələnir və paketlənərək göndərilir. Bundan başqada yazışmalar yalnız telefonda saxlanılır. Ona görədə, yazışmaların üçüncü şəxs tərəfindən oxunması mümkün deyil.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması