Ubuntu Əməliyyat Sistemi Android telefonlara gəlir 0

Linux nüvəli yeni mobil əməliyyat sistemi kompüter proqramlarını telefonunuzda istifadə etməyə imkan verəcək və monitorlara (TV-lərə) qoşulduqda əsl kompüter kimi işləyəcək.

İlk olaraq Samsung Galaxy Nexus telefonlarında Android sistemini əvəz edəcək ROM halında hazırlandı və nümayiş edildi. Və tezliklə iki nüvəli əksər Android telefonlara yazılması mümkün olacaq.

Yeni sistemin mobil bazarda uğurlu olacağına çoxu inanmırdı, amma sistemi yaradan və onu idarə edən Canonical şirkətinin CEO-su Mark Shuttleworth öz çıxışında deyib ki, artıq əksər mobil telefon istehsal edən şirkətlərlə əlaqə saxlayıb və çoxusu bazara yeni sistemlə işləyən telefonları bu il ərzində buraxacaqlarını deyiblər.

converged-device-440x267

İlkin olaraq sistemi daha çox həvəskar proqramçılar işlədəcəklər, amma sistemin imkanlarının çox olduğu deyilir. Sistem nə də olsa telefonu kompüter kimi işlətməyə imkan verir və linux ailəsindən olduğu üçün imkanları çoxdur. Şübhəsiz tez bir zamanda oyun və tətbiq etmə şirkətlərini özünə çəkə biləcək. Həmçinin son vaxtlar oyun şirkətləri Ubuntu-nun kompüterlər üçün olan versiyasına marağı artırıblar. Valve şirkəti öz tətbiq etməsi olan Steam-i artıq Ubuntu üçün beta olaraq yayıb. Və mobil platforma üzərində də şübhəsiz çalışmağa başlayacaq.

Mark Shuttleworth BBC kanalına verdiyi müsahibədə inkidi ağıllı telefonların gücünün bəzi dizüstü kompüterləri keçməsinin inanılmaz olduğunu və onların bunu əsas götürərək tarixdə ilk dəfə olaraq telefonu kompüter kimi işlətməyə imkan verən tam funksiyalı sistem ixtira etdiklərini deyib.

Mark Shuttleworth bu sözləri əlavə edib: “Mən inanıram ki, gələcək 3 və ya 5 ildə Apple bu ideyaya gələcək və Microsoft Windows 9-da olmasa da Windows 10-da öz dizüstü və telefon cihazlarını bir cihazda istifadəyə verəcək. Biz bunu hərkəsdən əvvəl etmişik.”

Bu sistemdə çalışan telefonlar gələn həftə Las Veqasda keçiriləcək CES-də nümayiş ediləcəklər.

Güclü Tətbiqetmələr

Ubuntu – Linux kernel üzərində işləyən ən məşhur və ən güclü sistemdir. Linxu kernel – proqramın və cihazın birlikdə işləməsini təmin edən koddur.

Londonda yerləşən Canonical şirkəti bunun arxasında durur və dünyanın hər yerindən olan minlərlə könüllü proqramçının köməyi ilə pulsuz olaraq sistemi yayır.

Şirkət əsasən texniki dəstək göstərməklə və hazırlıqlar keçməklə pul qazanır və mobil bazardanda gəlir götürməyi planlaşdırır.

Təxminən 20 million PC artıq Ubuntu istifadə edir.(PC – Şəxsi kompüter)

Əsasən də bir qədər köhnə kompüterlər bu sistemdən daha çox istifadə edirlər ki, Bu sistem Windows-dan daha az tələbkardır və virus təhlükəsi yoxdur.

Yeni versiya elə hazırlanıb ki, köhnə və yeni Android cihazlarında işləsin. Android sistemi Ubuntu kimi Linux kernel işlədir və bu səbəbdən yeni Ubuntu əlavə sistem tətbiqləri yazılmadan həmin cihazlarda rahat çalışa biləcək.

Artıq yeni sistem üçün 45000 proqram mövcutdur. Lakin Androiddə olan Photoshop və Ofis proqramları olmasa da onları əvəz edənlər var.

phone-home-developers-290x188

Artıq proqramçılara da xəbər edilib ki, öz proqramlarını mobil platforma üçün uyğunlaşdırsınlar. Proqramlar görünüşcə müəyyən qədər dəyişdirilib, amma eyni funksiyaları icra etməyi bacarmalıdırlar.

Toxunma ilə işləməyi təmin etmək üçün ubuntu Blackberry 10 sistemində quraşdırılacak QML-dən (QT modelləşdirmə dili) istifadə edir.

M.Shuttleworth əlavə edib ki, bir çox proqramçılar artıq bu tip texnalogiya ilə tanışdırlar.

Həmçinin Ubuntu son vaxtlar çox yayılmış HTML5 proqramlarla da çalışacaq.

Səs İdarə

Ubuntu telefonda keçən il təqdim etdiyi Hud (rəhbərlik pəncərəsi) sistemini də yerləşdirir. Bu sistem istifadəçilərə proqramın menyusundan hansısa funksiyanı tapıb icra etdirmək əvəzinə onu yazaraq və ya səslə deyərək icra etdirmək phone-home-industry-269x192imkanı verir.

Shuttleworth müsahibəsində HUD-ın ideyasının məhz telefon dizaynı üzərində düşündüklərində yarandığını deyib, “Biz fikirləşirdik ki, proqramçı telefonda kompüter proqramının tam funksionallığını necə təmin etsin. Adətən proqramların mobil və tablet versiyaları kompüter versiyalarına nisbətən daha da optimizasiya edilmiş və yığcam (az funksiyalı) olurlar. Və bizim dünyamızda, harada ki, bütün funksionallıq əlimizdədir, siz sadəcə HUD-ı açıb heç bir şey yazmadan səsinizlə şəkili 1930cu illərin dizaynında istədiyinizi söyləyə bilərsiz və bizim R&D gücləndiricimiz bunu reallaşdıracaq.”

Yaxınlaşmaya Razı Salma

Proqramın kodu tezliklə proqramçıların istifadəsinə veriləcək ki, onlar öz proqramlarını adaptasiya edə bilsinlər.

Şirkət Fevral ayında Galaxy Nexus və daha sonra digər telefon və tablerlər üçün əməliyyat sistemini istifadəyə verməyi planlaşdırır.

Əksər analitiklər Microsoft-un Windows-u telefonlar üçün uyğunlaşdırmağa çalışmasının uğursuz olduğunu əsas gətirərək Canonicalın da bu addımını ağıllı saymırlar. Amma əksər proqramçılar Ubuntu-nun mobil versiyasını çoxdan gözləyirdilər. Çünki Windows-dan fərqli olaraq bu sistem daha sürətlidir və bir qədər mobil platforma üçün adaptasiya edilsə çox uğurlu bir sistem ola bilər.

phone-make-ubuntu-your-ownphone-naturally-neat

Sistemin minimal tələblərinə gəlincə:

Ağıllı telefonlar üçün sistem tələbi Normal Ubuntu telefonlar Yüksək keyfiyyətli Ubuntu telefonlar
Prosessor arxitektrası 1Ghz Cortex A9 Quad-core A9 or Intel Atom
Yaddaş 512MB – 1GB Min 1GB
Əlavə yaddaş kartı 4-8GB eMMC + SD Min 32GB eMMC + SD
Multi-toxunmalı Yes Yes
Kompüter rejiminə keçid No Yes

Bu sistemin gücünü 8-11 Yanvarda CES-də görə biləcik. Hələlik isə tanıtım videosunu izləyə bilərsiz:

Azərbaycanda Ubuntu Aze LoCo Ubuntu Mobil Sistemi üçün texniki dəstək göstərəcək.

Mənbə: www.texnopress.com

 

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması