Kingo Root tədbiqinin köməyi ilə Android ƏS-də root hüquqların alınması 1

Android ƏS-lə işləyən telefon və planşetlərd root hüququnun alınması üçün müxtəlif vasitələr vardır. King Root – bir klikə demək olar ki bütün modellər üçün bu hüququn alınmasında bizə kömək edir. Onuda qeyd etmək olar ki, məhz bu tədbiqin köməyi ilə heçbir telefon dükanlarına, telefon ustalarının yanına və ya bunu bilənlərdən soruşmayaraq, evdə edə bilərsiniz. Bu məqaləmizdə sizə King Root tədbiqinin köməyi ilə root hüquqların alınması prosesini anlatacayıq.

Xəbərdarlıq: Bütün prosesi öz risk və öhtəliyiniz əsasında edirsiniz! Bu o deməkdir ki, proses bitdikdən sonra telefon və ya planşetiniz ümumiyyətlə açılmaya bilər. Onuda qeyd edək ki, əgər telefonunuz qarantiya altındadırsa bunu etmək məsləhət görülmür – bu sizin qarantiya sazişinizin avtomatik ləğvi deməkdir.  Telefonda və ya planşetdə olan bütün lazımı məlumatları komputerinizdə və ya flash card-da yaddaşa verin, çünki root hüquqlarının aldığınız zaman telefondan bütün məlumatlar silinəcək.

Kingo Android Root tədbiqini haradan yükləyə bilərəm

Kingo Android Root tədbiqini siz tədbiqin www.kingoapp.com saytından pulsuz olaraq yükləyə bilərsiniz. Tədbiqin komputerə yüklənməsi çox asan bir prosesdir: sadəcə  «Далее» düyməsini sıxın. Tədbiqdə virus yoxdur, amma siz yenədə diqqətli olun.

kingo-android-root[1]

Android üçün bir klikə root hüququnun aınması

Bir kilkə – əlbətdəki bu biraz şişirdilmiş kimi çıxır, amma nə edək tədbiqi yazanlar bunu belə qələmə verirlər. 🙂 Nəisə, aşağıda sizə addım bə addım bunu necə etmək olacaq başa salırıq.

İlkin etapda Android cihazınızda ayarlarınız bölməsində Отладка по USB funksiyasını aktiv etməlisiniz. Bunun üçün:

  1. Ayarlar menyusuna daxil olun və orada  «Для разработчиков» bəndinin olub olmamasını yoxlayın. Əgər varsa o zaman birbaşa 3-cü bəndə keçin, yoxdursa o zaman 2-ci bəndi oxuyun.
  2. Əgər belə bir bənd yoxdursa, o zaman telefonun ayarları menyusunda  «О телефоне» və ya «О планшете» bəndıni tapın (ən aşaığdadır) , «Номер сборки» sözünün üzərinə bir neçə dəfə tez tez basın. Sizə avtomatik olaraq «Для разработчиков» menyusu açılacaq.
  3. Daxil oluruq «Настройки» menyusuna, sonra «Для разработчиков» bəndinə klik edib  «Отладка по USB» bəndini aktiv edirik. Bu əməliyyatı birdə təsdiqləyin.

turn-usb-debugging-on[1]

Növbəti addım Kingo Android Root tədbiqini işə salırıq və cihazımızı kabel vasitəsi ilə komputerimizin USB portuna qoşuruq. Qurğunuz üçün sürücülər (drivers) avtomatik olaraq quraşdırılacaq. Qeyd edirəm ki, sizin aktiv internetə bağlantınız olmalıdır, çünki minlərlə telefon və planşet modelləri olduğundan hər bir cihazın özünə dair sürücüləri mövcuddur.  Proses özü bir müddət çəkə bilər. Proses zamanı telefon və ya planşet bir neçə dəfə sönüb yenidən çalışa bilər. Sizdən həmçinin komputerinizdən təsdiq edici sorğuda istənilə bilinər. Bu zaman «Разрешать всегда» sözünü işarələyib «Да» seçimini edirik.

 

install-root-driver[1]

Sürücülərin üğürla komputerinizə sazlandıqdan sonra sizə root hüququnun alınması üçün növbəti pəncərə açılacaqdır. Burada sizə yalnış bu işi başlatmaq üçün yeganə bir düymə verilmişdir.

get-root-kingo[1]

 

O düyməni sıxdıqdan sonra sizi xəbərdar edən bir məlumat qarşınıza çıxacaqdırş Burada məqaləmizin əvvəlində qırmızı hərflərlə yazılmış sözlərdır. «Ок» düyməsini sıxırıq və ….

Məqaləmiz burada bitmədi, çünki əgər sizlər bunu əvvəllər etmisinizsə şərhdə öz versiyanızla məqaləni tamamlayın 🙂

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

2 şərh

  1. fedai

    qardas men rootladim huawei telefonunu root checker yukledim dedi yuklenib ancag wpsconnect proqramini yaziram qirmir wifinin parolunu xahis edirem mene komek edesiz

  2. Jonathan Taylor

    Mən sizin alət istəyirəm amma mən artıq mənim Samsung Tab 2 https://www.search4roots.com/ istifadə və bu, çox gözəl işləyir. Siz zefir bir versiyası varsa Mənə mümkün qədər bildirin.

Şərh forması