İlk Android telefon – T-Mobile G1 1

photoAndroid ilk dəfə 22 oktyabr 2008 tarixində T-Mobile G1 ilə Amerikada başladı. 3.2 düymlük slider kapasitiv ekranı və Android 1.0 əməliyyat sistemi ilə satışa çıxarılan ilk Android telefon indiki Android cihazlarda olan bir çox xüsusiyyətdən məhrum idi. Məsələn, sensor klaviatura, multitouch və ya pullu tətbiqləri yox idi.

Hər nə qədər indiki versiyalara görə çox əskikləri olsa da Android 1.0 tamamilə boş bir sınaqdan ibarət deyildi. Aşağı doğru sürüşən məlumatlandırma pərdəsi ilə gələn Android 1.0 inqilab xüsusiyyətində bir xüsusiyyət ilə gəlmiş idi. Bu pərdə ilə sms-lər, mail-lər və yeniləmələr kimi bir çox şeyi ekranda asanca görmək mümkün idi. Bu asanlıq hələ də Android ‘lərdə istifadə edilir.

İlk Android telefon T-Mobile G1 bazara çıxarıldıqda Google-un Gmail-i onsuz da mobil platformalar üçün POP və IPAM dəstəyini təmin edirdi. Ancaq Android əməliyyat sistemi çıxana qədər arxivləmə və markalanma xüsusiyyətlərini istifadə etmək mümkün deyildi. Android 1.0 bu əskiklikləri aradan qaldırdı və mobil platformadakı ən yaxşı Gmail tətbiqi halına gəlmiş oldu.

Andorid ‘lərin Market-indən danışmasaq əlbəttə ki olmaz. T-Mobile G1 çıxdığı zamankı ilə indiki Android Market arasında çox az bir bənzərlik qaldı, hətta adı belə Google Play Store olaraq dəyişdi. İlk Market-də yalnız bir ovuc dolusu pulsuz tətbiq varkən, indi Google Play Store-a baxıb aradakı inkişafın nə qədər böyük olduğunu anlamamaq qeyri-mümkündür.

Xronoloji olaraq Android versiyaları:

– 2008 Oktyabr – Android 1.0
– 2009 Fevral – 1.1 versiyası
– 2009 Aprel – 1.5 Cupcake
– 2009 Sentyabr – 1.6 Donut
– 2009 Oktyabr – 2.0-2.1 Eclair
– 2010 May – 2.2 Froyo
– 2011 Fevral – 2.3 Gingerbread
– 2011 Fevral – 3.0 Honeycomb
– 2011 Oktyabr – 4.0 Ice Creme Sandwich
– 2012 İyul – 4.1-4.2 Jelly Bean

İlk Android telefon – T-Mobile G1 :

ilk-android-telefon[1]

Google Phone

tmobile_g1_white[1]

Mənbə: www.texnopress.com

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması