Android-də kitab oxumaq üçün ən yaxşı proqram hansıdır? 4

Firkrimcə planşet və smartfonların ən üstün cəhəti – ürəyin istədiyiniz yerdə və sayda elektron kitab oxumaq imkanıdır. Android əməliyyat sistemi isə e-kitabın oxunması üçün isə deyərdim ki ən ideal əs-dir. Proqram təminatının zənginliyi oxucuların sevimli kitablarını bir tədbiqdə deyil, zövqlərinə uyğun müxtəlif proqramlardan istifadə edilməsidir.

Android-dan əvvəl mən Java dəstəkləyən telefonlarda və Palm OS KPK-lərdə kitab oxumuşam, lakin Android-in verdiyi o rahatlıq həqiqətəndə təqdirəlayiqdir. Yaddaşın həcmidə bizi sevindirir ki bu da cibinizdə bir “kitabxanın” daşınması imkan yaradır.

1. Cool Reader

Cool Reader – bəlkə də android sistemində işləyən ən yaxşı kitab oxumaq üçün proqramdır. Tədbiqin özəlliyi həmdə bütün model smartfon və planşetlərdə rahat qurulması və işləməsidir.

book-cool-reader[1]

Əsas funksiyaları:

  • Dəstəklədiyi kitab formatı: doc, pdb, fb2, epub, txt, rtf, html, chm, tcr.
  • Quraşdırılmış daxili fayl dispeçeri.
  • Mətnin rəngini, şriftini və temalarının rahat tənzimlənməsi.
  • Taç ekranın səhifələnməsi üçün quraşdırılması.
  • Bir-başa Zip arxivdən oxuna bilməsi.
  • Avtomatik səhifələnmə, səsli oxunma və sair.

settings-cool-reader[1]

Ümumiyyətlə Cool Reader öz rahat və sürətli işləməyindən başqa, cihazın əməli yaddaşına da çox yüklənməməsi bizi sevindirir.

Tədbiqin daha bir maraqlı özəlliyi də OPDS kitab kataloqunun dəstəkləməsidir ki, buda kitabların bir-başa interfeysdən axtarıb, yüklənib oxunmasıdır.

Cool Reader kitab oxuyucunu Android üçün Google Play-dan yükləyə bilərsiniz.

https://play.google.com/store/apps/details?id=org.coolreader

Google Play Книги

Google Play Книги tədbiqi özünün funksionallığı ilə çox sevindirməsə də, üstün cəhəti ondadır ki, proqram əksər smartfonlarda artıq quraşdırılmışdır. Proqramın köməyi ilə Google Market-dən tək pullu kitabları yükləməkdən başqa, müstəqil olaraq komputerdən smartfona köçürtdüyünüz e-kitab faylları açıb oxuya biərsiniz.

play-books-google[1]

Proqramda CoolReader kimi rəngin rahat tənzimlənməsi, əlfəcinin təyin olunması və səsli oxunması funksiyası ilə təkli folunur. Burada çox gözəl səhifələnmə efekti vardır ki, bu da real kitab oxunması efekti yaradır.

Moon+ Reader

Pulsuz Moon+ Reader android kitab oxumaq tədbiqi özünün maksimal funksionallığı, dəstəklədiyi fayl formatları və üstün idarətmə qabiliyəti ilə bizi cəlb etməyi bacarır. Yeganə çatışmayan cəhəti – proqramın pulsuz versiyasında aşağıda reklam banerin olmasıdır.

moon-reader-library[1]

Moon+ Reader proqramın əsas cəhətləri:

  • Kitab kataloqların dəstəklənməsi.
  • Dəstəklənən formatlar: fb2, epub, mobi, html, cbz, chm, cbr, umd, txt, rar, zip.
  • Müxtəlif taç jestlərin tənzimlənməsi.
  • Çox geniş və zəngin görüntü imkanı (saysan qurtarmaz).
  • Əlfəcinin təyin olunması, mətnin seçimi, sözün lüğətdə baxılması və bookmark edilməsi funksionalı.
  • Kitabxanaya rahat nəzarət edilməsi və kitablar üzrə geniş naviqasiya və sair.

book-in-moon-reader[1]

Əgər funksionalı pulsuz versiyada tapa bilməsəniz, o zaman Pro versiyasında 100% tapa bilərsiniz.

Moon+ Reader proqramını yükləmək üçün aşağıdakı linkə keçib və ya Play Market-dən yükləyə bilərsiniz.

https://play.google.com/store/apps/details?id=com.flyersoft.moonreader

FBReader

Əksər oxucuların rəğbətini qazanmış daha bir maraqlı tədbiq – FBReader-dir. Proqram əsasən FB2EPUB kitab formatını oxumaq üçün nəzərdə tutlmuşdur.

settings-fbreader[1]

Tədbiqin müxtəlif ayarları kitab oxumaq üçün rahat quraşdırıla bilir. Proqramın öz daxili plaqinləri də mövcuddur və buradan  PDF formatda kitabların oxunması üçün əlavə olaraq yükləyə bilərsiniz. Proqramdan çıxmayaraq kitab ala və yükləyə bilərsiniz.

FBReader aşağıdakı linkdən və ya PlayStore-dan yükləyə bilərsiniz:

https://play.google.com/store/apps/details?id=org.geometerplus.zlibrary.ui.android

Yuxarıda adları çəkilən proqramlardan başqa, Play Market-də siz aşağıdakı Kitab Oxumaq üçün digər maraqlı tədbiqlər də tapa bilərsiniz:

  • AlReader — hələm Windows-dan tanıdığımız bir proqramdır.
  • Universal Book Reader — gözəl interfeysi və geniş kitabxanası olan bir oxuyucudur.
  • Kindle ReaderAmazondan kitab alanlar üçün xüsusi tədbiqdir.

Aşağıda sizin bəyəndiyiniz kitab oxumaq tədbiqlərini bizimlə paylaşa bilərsiniz.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

2 şərh

  1. Abbasova

    Orta mekteb kitablari

  2. Abbasova

    Men humanitar fenleri cox sevirem ve oxumaq isteyirem bu sehifede

Şərh forması