Android-də yaddaş kartında LOST.DIR qovluğu nədir?! 1

lostdir_screenshotBu yaxınlarda iş yoldaşım mənə belə bir problemlə müraciət etdi: smartfonun SD-kartında (yaddaş kartı) 100 mb həcmində LOST.DİR adlı qovluğu aşkar edib və bunun telefona bir xələl gətirib-gətirməyəcəyini məndən soruşdu. Əlbətdəki koleqamın ilk ağlına gəldiyi səbəb, qovluğun virus olması olub və onu necə smartfondan təhlükəsiz silinməsi üçün məndən yardım almaq istədi.

Mən onu sakitləşdirdim və başa saldım ki, LOST.DIR qovluğu zərərverici proqramların işi deyil və bu çox geniş yayılmış standart Android sistemin yaratdığı bir qovluqdur.

Windows-da chdsk Linux-da fsck funksionalı olduğu kimi Android sistemində də xüsusi bir funksiya mövcuddur. Həmin funksiyanın adı File System Check -dir. O, diskdə olan bütün faylları yoxlayır və fayl xətası baş verdikdə onu axtarıb bərpa edilməsinə cavab verir. Həmən funksional smartfonun SD-kartında LOST.DIR adlı bir qovluq yaradır və içərisinə itmiş və ya zədələnmiş faylları köçürür. Xəta o zaman baş verir ki, əgər kartla hər hansı bir əməliyyat apardığınız an kartı anıdən yerindən çıxartmısınız.

LOST.DIR qovluğunu necə silək və bunu necə edək?

Əslində qovluğun içərisinə yaranan fayllar orijinalından fərqli olaraq daha kiçik həcimdə olur. Lakin vaxt keçdikcə fayllar çoxalaraq müəyyən yer tutmağa başlayır.

Qovluğa baxmaq üçün biz sizə smartfonunuza Play Market-dən ES Проводник adlı fayl menecerini quraşdırmağınızı məsləhət görürəm. Proqramın köməyi ilə smartfonun Yaddaş Kartına daxil olursunuz,  LOST.DIR qovluğunu tapıb və içərisində olan fayllara göz gəzdirdikdən sonra qovluq qarışıq silə bilərsiniz.

 

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

1 şərh

  1. Ananim

    Salam . Xeberi gore coxsagolun . Menim telim s 4 du samsung. Telefon alinan vaxtdan sd karti salmisam nece ay kecdi usdunden telefonum dondu karti cixariram telefon narmal isleyir . Bunun sebebi neden ola biler . Onu da deyim ki bu coxdanin kartidi yaxsida isleyirdi bu yaxinlarda bele oldu sekillere baxiram kartda donur qalir . O biler ki men laucher proqrami kocurdum sora sildim ondan sora bele olsun? Laucher i mebe demisidler telefonu suretli edir .onu da deyim ki imelim yoxdu cvbi bura yazsaz sad olaram onceden tesekkurker

Şərh forması