Android smartfon və planşetə necə fləş-kart qoşmaq olar 2

Razılaşın ki, planşet və ya smartfonunuza flləş daşıycının qoşulması və ürəyiniz istədiyiniz yerdə istifadə edilməsi çox faydalı ola bilər. Bu günki məqaləmizdə bu ideyanı necə reallaşdırmaq olar və onun bir neçə üsulları haqqında bəhs edəcəyik.

Onuda qeyd etmək istəyirəm ki, bəhs edəcəyim daşıyıcı yaddaş yalınış fləş yaddaşları əhatə edir. SSD və ya xarici sərt disklərin istifadəsi məsləhət görülmür. Sərt diskləri fləş yaddaşlardan fərqli olaraq daha çox enerji istifadə etdiyindən telefon və ya planşetin enerjisinə uyğun qəlməyərək sıradan çıxa bilər.

USB fləş qoşmaq üçün biz lazım olacaqdır

usb-otg-cables[1]

Fləş kartı Android cihazına qoşmaq üçün ilk öncə planşet və smartfonda USB Host funksiyasının aktiv olması vacibdir. Bu funksiya demək olar ki bütün müasir Andriod sistemində işləyən quğularda var. Fləş kartı qoşmaq üçün OTG kabel (el arasnda “perexodnik”). Sonuncu kabel-adaptoru demək olar ki bütün telefon dükanlarında tapmaq olar.

Qeyd: Bəzi müasir smartfonlarda fləş kartı qoşan kimi bütün fayl meneceri proqramından aça bilərsiniz. (Məsələn Samasung)

İkinci vacib məsələlərdən biri də smartonunuzda root hüquqlarınızın olmasıdır. Hər bir model üçün bu hüququn alınması fərqli ola bilər. Lakin bir proqram da vardır ki, bütün planşet və smartfanlarda rahatlıqla root hüquqlarını istifadəçiyə təqdim edir. Proqram haqqında Kingo Root tədbiqinin köməyi ilə Android ƏS-də root hüquqların alınması adlı məqaləmizdə oxuya bilərsiniz.

Fləş yaddaşın qoşulması üçün StickMount

Root hüquqlarını aldıqdan sonra Play Market-dən StickMount proqramın pulsuz versiyasını yükləyə bilərsiniz.

https://play.google.com/store/apps/details?id=eu.chainfire.stickmount

stickmount-connect-usb[1]

Fləş kartı smartfona qoşduqdan sonra proqram avtomatik olaraq cihaza qoşulan yaddaş haqqında məlumat verəcək işarəliyib ok düyməsini sıxırıq.

Hazırdır! Artıq sevimli fayl meneceri proqramından istifadə edərək sdcard/usbStorage kimi öz fləş kartınızdakı faylları işlədə bilərsiniz.

stickmount-usb-storage[1]

Əksər fləş daşıyıcılar fatfat32 fayl sistemində olurlar. Android sistemi Unix ailəsinə aid sistem olduğundan ext2, ext3 və ext4 (Linux fayl sistemi) fayl sistemlərini rahat açır. NTFS fayl sistemli fləş kartı qoşarkən diqqətli olun.

Root hüquqsuz fləşdəki faylları oxumaq

Misalımızda Google Nexus smartfonu olduğu üçün Play Marketdə root hüququna malik olmadan OTG kabelin köməyi ilə fləş kartınızı qoşmaq üçün iki proqrama rast gəldik. Bunlar Nexus Media Importer və Nexus USB OTG FileManager proqramlarıdır. Lakin hər iki proqram pulludur.

nexus-media-importer[1]

Proqramın istifadə qaydasında Fat fayl sistemindən başqa NTFS formatlı fləşlərində dəstəkləndiyidə bildirilir. Siz öz Android cihazınızda bu və ya bu tip proqramların olub-olmamasını yoxlaya bilərsiniz.

usb-otg-file-manager[1]

Bununlada USB fləşin smartfona necə qoşulduğunu öyrəndiniz.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması