iOS cihazını “zir-zibildən” necə təmizləyək? 0

iPhoneiPad istifadəçiləri gec-tez belə bir situasiya ilə rastlaşırlar ki, cihazlarında ən lazımı an yetəri yaddaş qalmır və başlayırlar lazımi faylları və tədbiqləri silməyə.

Qadjetin yaddaşını incələdiyimiz an burada müxtəlif fayllar və qovluqlara rast gəlirik və silməkdə tərəddüd edirik, görəsən silsək smartfon və ya planşetin iş prosesinə hansı xələl yetirilər.

PhoneExpander-3

Əksər tədbiqlər hətda siz onları smartfondan sildikdən sonra belə cihazda özündən sonra müəyyən fayllar saxlayırlar. Belə fayllar yaddaşda qalaraq cihazın tutumunu azaldır. Ona görədə sizlərə yeni PhoneExpander tədbiqini təqdim edirəm. Bu proqramın köməyi ilə siz sistemdə olan bütün lazımsız fayl və qovluqları sistemə və sevimli kontentə zərər vurmadan təmizləyə bilərsiniz. Bu da smartonunuzda daha çox musiqi, şəkil, video və tədbiqlər saxlamağa təminat verəcəkdir.

PhoneExpander – pulsuz olaraq Mac komputerləri üçün hazırlanmış iPhone, iPad və iPod touch cihazıarın lazımsız faylların silinməsi proqramıdır. Diqqət: Windows istifadəçiləri bu proqramdan istifadə edə bilməzlər.

Proqram öz asan interfeysi və funksionallığı ilə bizi sevindirir. Bu proqramın köməyi ilə milyonlarla Apple şirkətinin məhsullarını işlədən insanlar istifadə edir və smartfon, planşet və musiqi oynatıcılarını vax aşırı “zir-zibildən” təmizləyirlər.

PhoneExpander-4

PhoneExpander yükləyib işə saldıqdan sonra sizdən öz iPhone və ya iPad qurğunuzu komputerə qoşmanızı tələb edəcək.

İkinci mərhələdə sizdən hansı növ faylların axtarılıb silinməsini sörüşacaq. Axtar düyməsini sıxdıqda proqram avtomatik olaraq bir neçə dəqiqənin içində telefonu tam yoxlayıb məlumatı göstərəcək.

Sonuncu mərhələdə isə sizdən yalnız lazımsız faylların silinməsi üçün müvafiq düyməsnin sıxılması tələb olunacaqdır.

PhoneExpander-2

PhoneExpander proqramı pulsuzdur və aşağıdakı keçiddən yükləyə bilərsiniz:

PhoneExpander yüklə

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması