Google Play Marketdə 403 saylı Xəta 1

android-error-403[1]Əgər Google Play Marketdən hər-hansısa proqram və ya oyun yükləyən zaman «Не удалось загрузить приложение» (403)  adlı xəta görürsünüzsə, bu müxtəlif səbəblərdən baş verə bilər.

İlkin addımlardan biri internet bağlantının söndürüb-yandırılması olacaqdır. Əgər WiFi şəbəkəsi ilə qoşulmusunuzsa, smartfonun müvafiq ayarlarında WiFi bağlantınızı bağlayıb yenidən açın. Əgər mobil data xidməti ilə işləyirsinizsə, o zaman Mobil İnterneti bağlı olan keçiricini söndürüb yandırın. Əgər kömək etmədisə, o zaman yaddaş problemi variantına ətrflı baxaq.

Bu xətanın yaranma səbəblərindən biridə, smartfonun daxili yaddaşının dolu olması da ola bilər. İstifadəçilər telefonun yaddaşına müxtəlif oyun və proqramlar yükləyir, və bir gün smartfonda yetəri yaddaşın olmaması xətası kimi bizi Play Marketdən məhrum edir.

Bunun üçün daxil oluruq smartfonun ayarlarına «Настройки» sonra «Память» bəndini sıxırıq. Bu menuda smartfonda nə qədər boş yer qaldığına baxırıq.

android-memory-01[1]

Əgər telefonun yaddaşı proqramı və ya oyunu Play Marketdən yükləməyə yetərli olmasa, çalışın çox həcmli oyun və ya proqramları telefonun yaddaşından yaddaş kartına köçürəsiniz və ya üzun müddət istifadə etmədiyiniz proqramı və ya oyunu siləsiniz. Əgər səbəb smartonun yaddaş çatızmamağı deyilsə, ozaman Google Hesab Sinxonlaşdırılmasına nəzər salaq.

Bu xətanın digər yaranma səbələrindən biri də, Google Hesabın sinxronlaşmaması ola bilər. Bildiyiniz kimi, Play Market sizin smartfonunuzda quraşdırılmış Google Hesabla sıx bağlıdır. Bunun üçün cihazın ayarlarına daxil olub buradan «Аккаунты и синхронизация» bölməsinə keçirik:

android-account-google[1]

İşarə ilə göstərilən keçiricini «ВЫКЛ» vəziyyətinə keçirin və telefonu söndürüb yenidən işə salın. Telefon işə düşən kimi, yenidən ayarlara daxil olub həmən menuya daxil olub, keçiricini aktivləşdiririk.

Sonra ayarlardan çıxmayaraq «Приложения» menusuna daxil oluruq. Siyahıdan Google Play Market tədbiqini tapıb üzərinə sıxırq:

android-clear-cashe-play-store[1]

Proqram haqqında məlumatları görəcəksiniz və tam aşağı hissədə «Очистить кэш» düyməsi olacaqdır. Üzərinə bir dəfə sıxırıq. Proses bitdikdən sonra, Play Marketə daxil olub yükləmək istədiyimiz proqram və ya oyunu yenidən yükləməyə cəhd edirik.

Əgər problemi həll etmək mümkün olmadısa, aşağıdakı müddəaları yoxlamağınızı məsləhət görərdim:

  1. Hal-hazırda qoşulu olduğunuz Wi-Fi şəbəkisndən çıxıb, digər şəbəkəyə (məsələn qonşunuzun, dostunuzun və s.) qoşulub yenidən cəhd etmək;
  2. Smartfonun zavod ayarlarına geri qaytarılması;
  3. Problemi ümumiyyətlə aradan qalxmırsa, müvafiq servis mərkəzinə müraciət etmənizi.
Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması