WhatsApp-da necə bloka salmaq və çıxartmaq olar 2

Müasir dövrün mobil tədbiqlər arasında ən çox yüklənmə statusunu almış WhatsApp 7-dən 70-ə hər kəs istifadə edir. İstifadə interfeysi olduqca asan olan bu proqramda istifadəçilər tərəfindən bəzi suallar verirlir. Onlardan ən məşhuru Kontakt istifadəçini necə blok edib və ya əksinə necə blokdan çıxartmaq olar sualıdır.

Bu sualla əlaqədər olaraq sizlərə azərbaycanca həm iPhone-da həmdə Android telefonlarında təlimatını paylaşırıq.

iPhone-da kontaktı blok etmək üçün 2 üsul vardır:

  • Əgər sizə sizin kontakt siyahısında olmayan kimsə yazırsa, o zaman sizə təklif olunan 3 düyməsindən ilk olanı (Заблокировать) sıxırsınız. Kontakt avtomatik olaraq Blokedilmişlər siyahısına düşəcəkdir:
    20950271-ru-01[1]
  • WhatsApp > Настройки (Ayarlar) > Учетная запись (Hesab)>Конфиденциальность (Məxvilik)> Заблокированные (Blokedilmişlər), kimi keçirik və sonra Добавить новый… (Yenisini əlavə et…) düyməsinə sıxırq. Açılmış kontakt siyahısından blok etmək istədiyiniz şəxsi seçirik.
    20950271-ru-02[1]20950271-ru-03[1]

Əgər kontaktı blokdan çıxartmaq istəsəniz, o zaman Заблокированные siyahısına yenidən daxil olub, blokdan çıxartmaq istədiyiniz kontaktın üzərində barmağınız sola tərəf sürtüb Разблок. düyməsinə klik edirik.

Android telefonu istifadəçiləri üçün:

  1. WhatsApp-a daxil olun və Чаты hissəsinə keçin.
  2. Menu düyməsinə toxunub > Настройки > Аккаунт > Приватность >Заблокированные kimi keçirik.
  3. Yuxarı küncdə    işarəsinə klik edin və açılmış kontakt siyahısından blok etmək istədiyiniz şəxsin üzərinə klik edin.
    21080506-ru-01[1]

Əgər siz tanımadığınız hərhansısa bir nömrədən ismarıc alsanız, o zaman sizə  Сообщить о спаме и заблокировать seçimi təklif olunacaq. Bu düyməyə sıxaraq siz həmin abonenti blok etmiş olursunuz və avtomatik olaraq sistemin serverinə bu barədə xəbərdar etmiş olusunuz. Yox əgər siz abonenti sadəcə blok etmək istəsəniz, o zaman Menu > Еще >Заблокировать kimi keçib bunu edə bilərsiniz.

Əgər siz hansısa kontaktı blok edilmiş siyahısından çıxartmaq istəsəniz, o zaman bunu Заблокированные siyahısına daxil olub edə bilərsiniz. Bu zaman blok edilmiş kontaktın üzərinə barmağınızı bir müddət tutub saxlayın və açılmış menudan  Разблокировать düyməsinə bir dəfə vurun.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın. Dilimizi daha düzgün yazaq.
Orphus system
loading...

Digər yazılar

Şərh forması